Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Mart 2021

Hikmət Hacıyev bir dəfə ölkəmizdəki bağlı qalmış məscidlərə getsin

Xəbərdə deyilir ki, ölkənin bir qrup media rəhbəri və bloggerlər işğaldan azad olunmuş Ağdam rayonuna səfər ediblər. Onlar Ağdamın Cümə məscidində olublar. Qeyd edək ki, jurnalistlərlə birgə Prezidentin köməkçisi Hikmət Hacıyev də Ağdamda olub.

Çox qəribədir, görəsən Hikmət Hacıyev Azərbaycanda korona bəhanəsiylə hələ də bağlı qalan məscidlərə nə vaxt gedəcək?

Bilmirəm, müsəlman olmağımızdandır, yoxsa nədir? “Quyruğumuz” balaca qapı arasında qalan kimi, başqa sözlə desək bir balaca işimiz Allaha düşən kimi başlayırıq “mömin” olmağa. Düzdür, bu, insanda fitridir. Amma, biz heç fitrət məsələsini də düzgün anlaya bilmirik. Çünki sənə yaxşılıq edən şəxsə təşəkkür etmək də fitridir, amma insanların böyük əksəriyyətində bu yoxdur.

Hikmət Hacıyev kimi nə qədər insanımız Allah bilir indiyədək umurdular ki, Qarabağ və ətraf rayonlar işğaldan azad olunsun gedək məscidlərə. Ona görə yox ki, gedib namaz qılacaqlar, ona görə ki, gedib Ağdamdakı, Şuşadakı məscidləri çəkib göstərsinlər ki, ermənilər dini tolerantlığın “atasını ağladırlar”, müsəlman ibadət ocaqlarını təhqir edirlər. Amma, bədbəxtlər anlamırlar ki, bütün bunları deyəndə onlara dünya gülüb deyəcək ki, sən güya Allah evinə, onun dindar bəndəsinə, ruhanisinə hörmət edirsən ki? Ölkənizdəki məhbusların ləqəblərinə baxın; Hicab məhbusu, namaz məhbusu, vicdan məhbusu. Namaz qılanı, hicabı müdafiə edəni, vicdan sahibini qandallayırsız, məscidi qıfıllayırsız, sonra Ağdama gedib özünüzü göstərirsiniz.

Azərbaycanda artıq məscidlər açılmalıdır. Hüquqşünaslar deyir ki, məscidlərin açılması heç bir qanuna zidd deyil, digər müsəlman ölkələrində də məscidlər öz əvvəlki fəaliyyətini bərpa edib.

Bir Allah bilir ki, əgər, Azərbaycanda dindarlar kütləvi şəkildə məscidlərin açılmasını tələb etsəydi hakimiyyət çoxdan onların qətiyyətindən qorxub məscidləri açacaqdı. Adını da belə qoyacaqdı ki, bəli, Allah evlərinin qapısı açılmalıdır, artıq digər müsəlman ölkələrində də məscidlər açılıb və s.


423 بازدید
در حال ارسال اطلاعات...