Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Mart 2021

KVN salonlarında güldüyümüz Hacıbalanın “Tülkü həccə gedir” obrazı

“Xalqı soyanlar” silsiləsindən – HACIBALA ABUTALIBOV

Bu cümlələri oxuyun, təpənizdən tüstü çıxsın: “Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun Türkiyədə milyonluq biznes şəbəkəsi üzə çıxıb.” Hə, yadımdan çıxdı, qoy əvvəlcə başlığı yazım: “Hacıbala Abutalıbovun Türkiyədə milyonluq biznes şəbəkəsi: - Otel, restoran, qızıl mağazaları...” 

İndi keçək xəbərə... Xəbərdə deyilir: “Hazırda Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov Türkiyədə bahalı otel-restoran biznesi və qiymətli zinət əşyalarının satışı ilə məşğul olur. Sözügedən otel-restoranlar İstanbulun ən bahalı və tarixi yerlərindən biri sayılan Sultanəhməd meydanında yerləşir. Otel və restoranlarının üzlüklərində qızıldan da istifadə olunub.”

Daha sonra sayt onların sərvətini sadalayır:

“İstanbulun mərkəzində 5 ulduzlu "Ajwa Hotel Sultanahmet" oteli, "Zeferan" restoranı, "Sukkari Patisserie" şirniyyat evi, İstanbulda yerləşən və dünyanın ən köhnə, böyük qapalı ticarət yeri sayılan "Qapalı çarşı"da qızıl mağazaları və s.” Bundan başqa sayt daha maraqlı bir məqama toxunur: “Qeyd edək ki, İsrafil Abutalıbov Türkiyədə Cənubi Azərbaycandan olan türk işadamı kimi "Abu Bəkr" adı ilə biznes fəaliyyətilə məşğul olur. Onu da bildirək ki, İsrafil Abdutalıbov bir neçə il əvvəl Bakının Biləcəri qəsəbəsində "Ətirşah" adlı restoran açmışdı.”

Bəli, bəli, düz tapdınız, həmin Hacıbaladır. Rəsmi olaraq Hacıbala adıyla tanınan, camaat arasında “Bicbala” (hiyləgər tülkü mənasında), KVN salonlarında, ekranlar qarşısında, xalqın keyfinin “kök” olduğu çağlarda isə “Gicbala” kimi tanınan Hacıbala müəllimdən gedir söhbət. Düzdür, bicokluq (hiyləgərlik) edib özünü gic yerinə qoyurdu. Ekranlar qarşısında giclik etməsəydi bu gün bu qədər varidat əldə edə bilməzdi. “Tülkü həccə gedir” əsərinin müasir protatipi... Amma, o, yığdığı haram pullarla həccə getmək barədə yox, özünü tülkülüyə, gicliyə vurub xalqı necə soymaq barədə düşünüb. Əslində isə gic o deyil, sanki KVN salonlarında ona gülən camaat günahkardır. O isə həqiqətdə ona KVN salonlarında gülən insanları gic yerinə qoyub bicokluq edirdi. Əslində, bir nömrəli yaltaqlardan sayılan, bütün məmurları –hətta, baş nazir və Parlament sədrini belə - birinci şəxsə yaltaqlanmaqdan güc alaraq tənqid edən təlxək KVN üzvləri Hacıbalanı gic kimi göstərməklə onun özünə sərvət toplamasına şərait yaradıblar. Hacıbalanın onsuz da Allahındandır ki (əgər Allah tanıyırsa) camaat ona gülsün, onu gic hesab eləsin, o da rahat-rahat xalqı gic yerinə qoyub mümkün qıdər onun “dədəsini” yandırsın.

Oğlu İsrafil də Əbu Bəkr adıyla vəhhabilərə pul daşıyırmış. Yəni, əslində bir mənada “Həzrət Abbas belindən vursun” deyən xalqımızın qarğışına da rast gəlib Hacıbala. Belə ki, adamın oğlu vəhhabi çıxıb onun xalqdan oğurladıqlarını ondan oğurlayıb aparıb vəhhabiləri yemləyibmiş. Bəli, bu cür korrupsioner, talançı, yalançı hakimiyyətdən nə desəniz çıxar. Xalq da elə KVN salonlarında gülməklə kifayətlənib.


382 بازدید
در حال ارسال اطلاعات...