Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2021

Akula korrupsionerlər kilkələşdirdikləri korrupsionerlərdən hesab sorur?

“Xalqı soyanlar” silsiləsindən – ƏLİ HƏSƏNOV

Azərbaycanda hakimiyyət ötürülür, komandalar dəyişir, komanda üzvləri əvəzlənir, nə olursa – Allah bilir- amma xalqın xeyrinə yox, ziyanına nələrinsə baş verməsi qətidir. Çünki bu hakimiyyət heç zaman xalqın xeyrinə iş görməyib. Bunu demək üçün isə bircə kifayətdir ki, koronavirus pandemiyasından və Qarabağın azadlığı məsələsindən bu hakimiyyət özü üçün yaxşıca istifadə etdi. Amma, təbii ki, müsəlman xalqa illərdir zülm edənlər tezliklə bundan daha pis duruma düşəcəkdir.

Belə ki, dünyanın heç bir ölkəsində olmayan karantin qadağaları çıxartdılar. Əlbəttə ki, evində oturmağa məcbur etdikləri xalqa 190 manat pul belə verə bilmədilər. Bu xalq bu yaramaz hakimiyyəti secdiyi üçün onlar hakimiyyətdə deyil, qorxduğu və başqalarının hakimiyyətə gəlib onları daha çox soyacaqlarına inandıqları üçün bu yaramaz hakimiyyət hələ də tarixin zibilliklərinə gömülməyib.

Qarabağ müharibəsindən istifadə edib hörmət qazanmaq istədilər, amma bütün dünyada Qarabağın azadlığına rusun “dabrosu”, Türkiyənin “savaşı” kimi baxdılar. İndi də istədikləri olmadı, Qarabağ rusa qaldı və Qarabağın əvəzinə yaramaz bir hakimiyyətə qalan boğazda sümük oldu.

Bu hakimiyyət kadr dəyişiklərini ona görə edir ki, istəyir həm özünü xalqa soyğunçu məmurları həbs edən hakimiyyət kimi göstərsin, həm də xalqı soyan məmurları yaxşıca soyduqdan sonra yerinə başqa soyğunçuları gətirmək istəyir. Camaat da avam olub bunlara aldanır, elə bilir ki, bunlar Əli Həsənov kimi insanları işdən qovub, həbs etdirib yerinə huri-mələk gətirəcəklər. Necə olur ki, bu qədər məmur hamısı korrupsioner çıxır. Bəs indiyədək yuxarılar hansı cəhənnəmdə idi, bunlardan niyə xəbər tutmurdular. Xəbər tuta bilmirdilərsə niyə cəhənnəm olub getmirdilər.

Xəbərdə deyilir: “Dövləti soyan hazırkı və sabiq məmurlarla hesab çürüdülür; “Qaçqınkom”un keçmiş sədrinin talanan vəsaitlərin 15 milyonunu geri qaytardığı bildirilir...” Bu 15 milyon 2 milyardlıq korrupsiya ittihamının bir parçasıdır. Bir xalq axmaq olar ki, inansın ki, bu korrupsiya hadisəsindən hakimiyyət xəbərsiz olub. Bir xalq axmaq olar inansa ki, bu məbləği xalqdan soyan (?!) Əli Həsənov ondan yuxarılara ötürməyib. Bir xalq axmaqdır, əgər inansa ki, bu soyğunçuluq birbaşa hakimiyyətin əmri ya da taktikası deyilmiş.

İndiyədək müxalifət, mitinqlərdə etiraz edən insanlar zatən bu hakimiyyətin korrupsioner olduğunu hayqırırdı. Onların mitinqlərinə gülən Müsavat kimi GÖZƏGİRƏN media orqanları indi Əli Həsənov kimi kilkələşdirilmiş məmurların 2 milyardlıq korrupsiya ittihamını işıqlandırır. Halbuki bu kilkələr aldıqları rüşvətlərlə həm də akulaları bəsləyiridilər.


471 بازدید
در حال ارسال اطلاعات...