Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2021

Rauf Arifoğlu nökər olduğu qapıya niyə daş atır?

İqtidarın bir nömrəli quyruq bulayanlarından və GÖZƏGİRƏNLƏRindən olan Müsavat qəzetinin Rauf Arifoğlusu Apa-ya qəribə açıqlama verib. Müsavat qəzeti həmin açıqlamanı bu başlıq altında dərc edib:

Rauf Arifoğlu: “İcra başçıları bələdiyyə sədrlərindən... 30-dan, 50-dən alır, onları seçdirir.” Bu başlığı hansısa “erməni agenti” müxalifətçi öz qəzetində yazmayıb ha, bunu iqtidar agenti olan Müsavat qəzeti başlıq kimi saytında dərc edib. Sayt yazır: "Apa TV-nin" "APAralel" verilişinin qonağı olan Rauf Arifoğlu maraqlı bir məqama toxunub. O, İcra başçısı institutlarının iş sektorunu məhv etdiyinə dair fikirlərini söyləyib. "Yeni Müsavat" Media Qrupunun rəhbəri deyib ki, İcra hakimiyyətinin başçısı təsisatı ümumiyyətlə, ləğv olunmalı, onun səlahiyyətləri bələdiyyələrə verilməlidir. İndiki halda icra başçıları adamlardan rüşvət alıb, onları bələdiyyə sədri "seçdirir."

Təbii ki, bu işin - Azərbaycanda birinci adamdan tutmuş, “pasledni” rəsmilərə qədər hamının rüşvərxor olması, xalqın qanını içməsi, ailələrinə xalqdan oğurladıqları pullarla paltar-çörək almaları bütün dünyaya məlumdur. Zatən Azərbaycanda deputat, bələdiyyə sədri olmaq istəyən (hətta kiçik sektorlarda işləmək istəyən) insanlar diplomdan əvvəl qucaq dolusu pul təşkil eləməlidir. Pulu olmayan yetim-yesirlər də məhrum olur. Burası aydındır. Məsələ burasındadır ki, niyə Arifoğlu quyruq buladığı qapıya daş atır. Məgər, ona lüks ofis, dövlətdən, daha doğrusu hakimiyyətdən pul ayırmayıblar ki, bütün günü müxalifəti vursun, iqtidarı tərifləsin? Bəs niyə indi iqtidarı vurub müxalifətin xalqa dediyi sözləri deyir? Yoxsa quyruq bulayanın burnuna iy dəyib? Yoxsa iqtidarın gedə-getdə olması anonsu verilir?

Təbii ki, Arifoğlu kimilər o ağılın sahibidir ki, bu cür “işvərənliklərini” hakim ailəyə xidmət hesab edərlər. Çünki diktatura mühitinin hakim olduğu ölkələrdə lap ikinci-üçüncü adamı da danlayırsan danla, zatən hakim ailəyə bunlar ləzzət edir, sabah həmin şəxsləri vəzifədən çıxarıb yerinə başqa adamları soyub təyin edə bilirlər. Bu da əllərində “kozır” olur. Amma, ağıllı adamlar belə düşünmür axı. Ağıllı adam düşünür ki, əgər mən iqtidarın agentiyəmsə bu icra başçıları da iqtidardır, prezident tərəfindən təyin edilib. Bunlara söz desək, daş atsaq, gedib onları təyin edənlərə dəyəcək. Deməli, agent danışırsa buna yuxarıdan göstəriş verilib. Bununla dediyimiz kimi həm köhnə kadrları tullamaq, yerinə yeni kadrları – onlardan qocaq dolusu pul alıb gətirmək məqsədi var, həm də ölkədə söz azadlığını, mətbuat azadlığının varlığını sübut etmək istəyirlər.

Rüşvətin ölkədə yığışdırılması çox çətindir. İş o həddə çatıb ki, bir nömrəli agentlərdən olan Arifoğlu deyir ki, icra başçılığı ləğv edilməlidir. Bəli, burada ləğvdən söhbət gedir. Amma ümumilikdə iqtidar ləğv edilməli, tarixin zibilliklərinə gömülməlidir. Çünki icra başçılarından 30-dan, 50-dən tələb edən elə yuxarıda oturanlardır. İcra başçıları ləğv edilsə nə dəyişəcək ki, bələdiyyələr icra başçısı olacaq, bələdiyyə əvəzinə yeni struktur açılacaq, yeni təsisat sahibləri bələdiyyələrə bələdiyylər icra başçılarına rüşvər verdikləri kimi rüşvət verəcək.


715 بازدید
در حال ارسال اطلاعات...