Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2021

Dövlət din münasibtləri, yoxsa hakimiyyətlə bəzi “ruhanilərin” münasibəti normaldır?

Sosial şəbəkələrdə telefondan-telefona ötürülən, paylaşılan bir neçə dəqiqəlik video-rolikdə maraqlı bir məqama toxunulur. Bir nəfər deyir ki, Azərbaycanda bəzi hacılar mənbərdə deyir ki, Azərbaycanda dövlətlə din-dindar arası çox normaldır. Daha sonra adam tənbəllik etməyib həmin mənbərdəki hacılara səslənir və deyir ki, onda heç olmasa gedin dövlətdən öz zövcələriniz üçün hicablı formada şəxsiyyət vəsiqəsi alın.
Allah tərəfi çox da gözəl deyir. Əgər doğrudan da ölkədə din-dövlət münasibətləri normaldırsa niyə yazıq dindar gedib xanımına pasport ala bilmir. Niyə bu işdən ötrü onu incidirlər, min cür bəhanə gətirirlər. Halbuki heç dinlə (müsəlmanla) dövlət arasında vəziyyətin normal olmadığı etiraf edilən bir sıra qeyri-müsəlman ölkələrində də hicbalı foto ilə şəxsiyyət vəsiqəsi almaq problemi mövcud deyil. Həmçinin, bizim ölkəmizdə nəinki dindarla, heç dünyəvi adamlarla belə dövlətin, yəni zalım hakimiyyətin münasibətləri normal deyil. Deməli, belə məlum olur ki, əslində din-dövlət münasibətləri yox, yalandan bunu iddia edən dindarların, onlara minbərlərdə nağıl danışan "ruhani"lərin dövlətlə, yəni hakimiyyətlə araları yaxşıdır, ona görə belə deyirlər.

Üstəlik, təkcə hicab yox, min cür din sahəsində problemlərlə üzləşirik. Bütün bunları necə qulaq ardına vurmaq olar? Nəyə görə bütün dünyada məscidlərin qapıları açıldığı halda Azərbaycanda hələ də məscid qapıları bağlı qalıb. Nəyə görə Şuşa məscidində ermənilərin donuz saxladıqlarını dünyaya duyuran və bunu İslama təhqir kimi qələmə verən ikiayaqlı donuzlar ölkədəki məscidləri hələ də açmırlar.

Əslində mənbərdəki bəzi hacılara bu cür təklif verən şəxs demək istəyir ki, sizin mənbərləriniz ölkəni bu vəziyyətə qoyub. Sizlər mənbərlərdə nağıllar yox, həqiqətləri danışsaydınız bu gün ölkədə təkcə dini sahədə deyil, digər sahələrdə də problemlərlə üzləşməzdik. Bu ruhanilər isə ancaq Məhərrəm-Səfər aylarında İmam Hüseyndən (ə) ağızdolusu danışmağı bacarırlar, özləri isə İmam Hüseynin (ə) qətlinə fərman verməkdən başqa heç nə bacarmırlar.


220 بازدید
در حال ارسال اطلاعات...