Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Yanvar 2021

Niyyətdə ixlas

Hər bir ibadətdə fövqəladə əhəmiyyət daşıyan məsələ odur ki, niyyətimizdə çox-çox ehtiyatlı olaq, ibadətlərimizi adət üzündən yerinə yetirməyək, niyyətlərimizi xalis edək və xalis niyyətimizdə sadiq olaq. Çünki xalis niyyətlə yerinə yetirilən kiçik əməl ixlassız və sadiqlik olmadan yerinə yetirilən milyonlarla əməldən üstündür. Bu məsələ həzrət Adəm (ə) və şeytanın ibadətində özünü çox aydın şəkildə göstərdi. Şeytan Allaha min il ibadət etdi, lakin bu min illik ibadət onun cəhənnəmdə əbədi qalmasına mane olmadı. Lakin həzrət Adəm (xalis) tövbə etdi və bu tövbəsi Allahın onu bağışlamasına, səhvinə görə güzəşt etməsinə, onu peyğəmbərlik dərəcəsinə yüksəltməsinə, hətta seçilmişlərdən qərar verməsinə səbəb oldu. Qurani-kərimdə bu barədə buyurur: “Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər üzərində seçilmiş etdi.” (“Ali-İmran” surəsi, ayə 33)

Sadiq ixlas yalnız Allahın lütfü nəticəsində bəndələrində vücuda gəlir. Lakin Allah Öz kərəm və güzəştinə xatir bəndəsinin gücü miqdarında, hətta ondan da az miqdara razı olur. Qeyd edək ki, bunun şərti odur ki, bəndə də özünün zəif və gücsüz olduğunu, güc və qüdrət sahibinin yalnız Allah olduğunu bilsin. Bu mərifət onu Allah dərgahına doğru sövq edir, Allahın inayətinə sığınmasına səbəb olur və “Yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran?” (“Nəml” surəsi, ayə 62) ayəsi onun halına şamil olur. Bu vaxt Allahın nəzər qapıları onun üzünə açılır. Çünki Allah kərimdir və Onun rəhmət qapısını döyən çarəsiz bəndələrinə bəxşiş etməyi, səxavət göstərməyi sevir.

(Mirza Cavad Məliki Təbrizi, “Əl-Muraqibat” kitabından)


374 بازدید
در حال ارسال اطلاعات...