Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2021

Həsənquliyevin qüdrətsiz Türkiyəsi və Elçibəyin sızıldayan sümükləri

Hakimiyyətin birnömrəli GÖZƏGİRƏNlərindən olan qüdrətsiz Həsənquliyev kimilər 44 günlük müharibə boyu basıb bağlayır, asıb kəsirdilər ki, Azərbaycan ordusu qüdrətlidir, Türkiyə bizi yarıda qoymayacaq, Rusiya Türkiyə ilə hesablaşmağa məcburdur, yoxsa Türkiyə bir şivən qoparacaq ki, bütün turan (türk dünyası) o tərəfdən, NATO bu tərəfdən Rusiyanı məhv edəcək. Ay nə bilim Qarabağda Türkiyə də olmalıdır, Azərbaycanda Türkiyə ordusu olmalıdır və s.

Dünənlərdə isə bu saxtakar, öz liderini, ideallarını bir deputatlıq mandatına satan şəxs görün nə deyib: “Rusiya bizə müharibədə oraya qədər getməyə icazə vermişdi, yəni oraya qədər gedə bilərsən, oradan o tərəfə gedə bilməzsən, yoxsa başın ağrıyacaq. Mən sizə tam əminliklə bunu deyirəm. Bu zaman bizim Rusiyanın öhdəsindən gəlməyimiz qətiyyən mümkün olan məsələ deyildi.”

İndi əziz oxucu deyər ki, əşşi, bunu biz də bilirik də. Yoxsa Azərbaycan hakimiyyəti kimi şəhadətdən, vətənpərvərlikdən uzaq xainlər yığını gedib torpaq alacaqdı. Deyəcəksiniz ki, biz də bilirik ki, bütün bunlar Rusiyanın Ermənistanı şapalaqlamasından və Azərbaycanda müttəfiqini daha da uzunömürlü etməkdən ötrüdür. Bunlarla işimiz yoxdur. Maraqlısı qüdrətsiz Həsənqulunun bu sözləridir. Deməli, aparıcı mədəni dildə qayıdıb deyib ki, ə bə nooldu basıb-bağlayırdız ki, türk elədir, türk beldir, rusun kürkünə birə salar filan. Bəs Türkiyə nooldu? Həsənqulu kişinin cavabına baxın: “Nüvə silahının gücünü siz, doğrudan qiymətləndirə bilmirsiniz? İndi bəziləri deyəcək ki, Rusiya qorxacaqdı nüvə silahından istifadə etməyə. Rusiya görsə idi ki, döyüş meydanında məğlub olur, o, Türkiyənin şəhərlərinə və hərbi hissələrinə kiçik başlıqlı nüvə zərbələri endirəcəkdi, nüvə zərbələrindən istifadə edəcəkdi, elə Azərbaycanın özündə də. Bu böyük müharibə demək idi və bu müharibədə Azərbaycan viran olacaqdı, böyük şəhərlər dağılacaqdı, insan itkisi çox olacaqdı.” Bu yerdə türk-mürk, turan-muran deyə-deyə gedən qüdrətsiz Həsənqulunun lideri Elçibəyin sümükləri sızlamalıdır. Çünki Türkiyəyə arxayın olub prezidentlik zamanında Rusiya qoşunlarını ölkədən çıxaran Elçibəy daha sonra görür ki, Ermənilər o tərəfdən Rusiyanın köməkliyi ilə hücum edib Qarabağı alır. Daha sonra ruslar bu ifratçı pantürkün kreslosunu əlindən alıb öz adamına verir və bu prosesləri yaxından izləyən Türkiyə heç nə yapa bilmir. Həmin Türkiyə bu gün də Rusiyanın kiçik başlıqlı nüvə zərbələriylə məhv olursa sümükləriniz qəbirdə sızıldamağa məhkumdur.


303 بازدید
در حال ارسال اطلاعات...