Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2021

Qarabağa kimi göndərək?

Bineyi-qədimdən eşitdiyimiz “əşşi gələn güya bundan yaxşı olacaq”, “bunlar cəhənnəmə, heç olmasa yeyib-doyublar, onlar gəlsələr bir az da onlar yeyəcək” və başqa bu kimi sözlərlə yanaşı bir də “güya torpaqlar alınsa qaçqınlar Bakını qoyub Qarabağa gedəcəklər?” sualı da çox yayılan suallardan və əndrabadi fikirlərdən biridir. Bəli, torpaqlar işğal ediləndən bu günə qədər camaat deyirdi ki, qaçqınlar bizdən yaxşı yaşayır, vergi vermir, hansı evi boş görürlər, girib içində otururlar və s. və i.a.
İndi fürsət düşüb ələ. Bu anlardan etibarən həm hakimiyyəti, həm də xalqı bu sual düşündürür: Qarabağa kimi göndərək?

Əvvəllər deyirdilər ki, Bakının asfaltlarını qoyub toz-torpaqlı yerlərə hansı qaçqın gedəcək? Görünür, bu problem hazırkı hakimiyyətin yapışıb hakimiyyətdə qalması problemindən daha dərin və ağrılıdır. İndiyədək deyirdilər ki, ən böyük problem Qarabağ problemidir (hərçənd ki, yerli hakimiyyətin bir dəqiqə belə olsun xalqın boynunda çıxıb oturması daha böyük biabırçılıqdır) indi isə Qarabağa adam göndərmək problem olub. Bu məsələnin ciddiliyinə baxın - bir xəbərdə deyilir ki, dövlət qarabağlı sənətçilərdən güya soruşub və xahiş edib ki, onlar səmimi olaraq Qarabağa getmək istəmələriylə bağlı fikirlərini qeyd etsinlər. Daha sonra bir neçə sənətçinin fikrini öyrəniblər, bəzilərinin getmək istəmədiyi bildirilir, bəziləri də deyib ki, niyə getmirik, dizin-dizin gedərik. İçlərində Qarabağı aldığına görə hakimiyyətə təşəkkür edənlər də olub. O hakimiyyət ki, porsuq boyda balalarını gizlətmişdilər, yetim-yesir gedib Qarabağı aldı.

Dövlət ona “Qarabağa kimi göndərək?” sualı barədə düşünür ki, ora vicdanlı-insaflı adam (hakimiyyətdə bu cür adamlar nadir tapılsa da mümkündür ki, olsun və xalqa xidmət üçün qalsınlar) göndərmək olduqca təhlükəlidir. Ora harda balası porsuq, harınlamış olan məmur, xalq qanı içən adam var tapıb yollamaq lazımdır. Elə adamlar getməlidir ki, ermənini daim orda dinc əhaliyə xatırlatsın. Yoxsa, Qarabağdakı məmurlar, deputatlar yaxşı olsa xalq gün görəcək. Deməli, harda etmənisifətlər var ora getməlidir. Xalq da ona görə ora kimi göndərmək barədə düşünür ki, nə də olmasa ora bizim torpaqlardır, heç kim getməsə müharibənin faydası olmaz və erməni gəlib işğal edər. Burdakı qaçqınlar getməlidir ki, zəbt etdikləri evlərdən çıxsınlar.

Sənətçilərə gəldikdə isə, təbii ki, onlar Bakıdakı şadlıq saraylarında bir saat oxuyub aldıqları pulları Qarabağda ala bilməyəcək. Onlar ora getmək istəməz. Onlar ya yaltaqlıqla məşğul olarlar, ya da yaltaq olmasalar da qorxularından susub oturarlar ki, cəhənnəm, səhnədən məhrum edilməsinlər.


107 بازدید
در حال ارسال اطلاعات...