Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2020

Bütün sahələrə kadr yetişdirən məktəb bədbəxt olandan sonra...

Azərbaycanda rüşvətxorlar, pulpərəstlər ayaq açıb öz dayaqlarını möhkəmlədəndən sonra bəşər övladı üçün mühüm və faydalı olan bütün dəyərlərin sütunlarını kökündən qazıyıb atmış, yerinə özlərinin hakimiyyət sütunlarını qoydular. Xalq qəflətə daldıqca bu mənfəətpərəstlər xalqı nəyi var soyub taladılar. Səhiyyə, hərbi, sənaye ilə birlikdə təhsil sahəsi də bərbad günə qalmaqdan əlavə həm də rüşvətdən asılı vəziyyətə düşdü.

Bizim cavan nəsil bilməz, amma yaşlı təbəqənin məhz bu üzdən burnunun ucu sovet-kommunist höküməti üçün göynəməyə başladı. Təsəvvür edin ki, azadlığına qovuşmuş bir xalq, özü də müsəlman xalq – bu qədər dində oxumağa, sağlamlığa, inkişafa, tərəqqiyə dəvət edildiyi halda gedib 70 il onu istila edən bir kommunist hakimiyyətinin pulsuz səhiyyə, təhsil sistemi üçün darıxmağa başladı.

Bütün bunların kökündə məktəblini bədbəxt eləmək dayanır. Baxın, səhiyyəyə, sənayeyə, neft sektoruna, iqtisadi sahəyə, hərbidə zabit olmaq üçün belə kadrlar məktəbdən gedir. Azərbaycanda isə həyatın bütün sahələri üçün kadr yetişdirən məktəbləri az maaşdan asılı etdilər, müəllimələr dərs deməməyə, şagirdlər oxumamağa, rüşvət verib-almağa başladılar. Bununla da məktəbli bədbəxt oldu.

Bu proses indi də davamlıdır. Amma, başqa tərzdə. Azərbaycanda rüşvətin alınıb-verilmədiyi məktəb, ali təhsil ocağını təsəvvür etmək mümkün deyil.
Nəinki qız uşaqları, hətta oğlan uşaqları barəsində də deyirlər ki, oxuyub güya nə olacaqlar? Camaat artıq zirək tərpənib uşaqlarını 9-cu sinifdən çıxarıb aparıb peşə məktəbinə yazdırır. Ya da ən yaxşı halda məhəllədəki saç ustalarının birinin yanına döyə-döyə, söyə-söyə yollayır ki, bəlkə gedib saç qırxmaqlıq öyrənib gələcəkdə beş-on manat pul qazanar. Düzdür, məktəbdə oxuyan şagirdlər də var və onlar daha sonra dövlət idarələrində işə düzəlirlər, amma o da pul və dayday hesabına.

Bilirsiniz, nələr danışırlar? Bu mövzuda sizi məlumatlandırmağa bizi elə bu cür vəziyyətdən əziyyət çəkən valideynlər vadar edir. Təsəvvür edin ki, bütün qohum-əqrəbanın, qonşuların oxuyan tələbə olmasına şahidlik etdiyi bir nəfər sonda diplom almaq üçün rüşvət verməyə məcbur edilir, pul tapmadığı təqdirdə diplomdan məhrum edilir.

Bütün bunlar azmış kimi məktəblərdəki savadsızlığı hicab, din kimi mənəvi məsələlərin üstünə yıxmağa çalışırlar. Güya bunlar hicabsıza, namaz qılmayana düz-əməlli təhsil verirdilər, indi hicablılar gəlib bunların planlarını pozdu.

Bir sözlə vəziyyət olduqca acınacaqlıdır. İndidən xalq tədbir görməlidir. Düşünülməsin ki, artıq gecdir. Gec deyil, axı, hər gün dünyaya yeni insan gəlir, biz bədbəxt olmuşuqsa onları da bədbəxt etməliyik?


131 بازدید
در حال ارسال اطلاعات...