Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2020

Qarabağı alan əsgərləri adam yerinə qoymamaq siyasətinin davamlılığı

Qeyd etdiyimiz iki məsələ öz təsdiqini tapır

44 gün boyunca gedən müharibə sonda torpaqların alınmasıyla nəticələndi. Bizim tez-tez diqqət çəkdiyimiz nöqtə xalqın aldanması məsələsi idi. Xalq onda aldandı ki, elə bildi ki, ona uzun illərdir düşmən kəsilən, 20 faiz torpaqdan əlavə, 80 faiz ərazilərimizi işğal edən ermənisifət bir hakimiyyət Qarabağı alandan sonra mələyə dönəcək.

Ən çox vurğuladığımız nöqtə bu iki məsələ idi: bunlar Qarabağı alandan sonra da orada min bir əxlaqsızlıq etməyə çalışacaqlar. Əlbəttə, bu əxlaqsızlıq təkcə etik qaydalardan kənara çıxmaqla məhdudlaşmır. 80 faiz ərazilərdə bu günə qədər nə qədər seçki saxtalaşdırıblar, rüşvət alıblar, xalqı talayıblar, dövlətin büdcəsini lazımsız yerə- heykəl, park, büst üçün külə döndəriblər, oğru məmurlar təyin edib xalqa divan tutblar, bundan sonra da bütün bu alçaqlıqlar davam edəcək. Bakıda və ətraf məntəqələrdə çıxartdıları oyunları 20 faiz ərazilərdə də çıxaracaqlar. Bu, bir məsələ.

İkinci məsələ budur ki, bunlar Qarabağı alan əsgərə bir zərrə hörmət etməyəcəklər. Həmin əsgər yaşından asılı olmayaraq müharibəyə getməmişdən əvvəl necə səfalət içində yaşayırdısa bundan sonra da o cür yaşayacaq. Bu iki məsələnin müharibədən əvvəl və sonra dəyişməməsi ona görədir ki, bu problemləri ortaya çıxaranlar müharibədən əvvəl düzəlməli idi. Alçaq xislətlər dəyişməyincə qəhrəman əsgərləri də bir – iki adla təltif etməklə yola verəcəkdilər.

Birinci məsələ öz təsdiqini tapdı. Şuşada Türkvizyon əxlaqsızlıq yarışması keçirtmək istədilər. Düzdür, korona səbəbiylə onlayn olacağı deyilir. Amma, bu, onların əxlaqsız xislətlərindən çıxamsına dəlalət etmir. İkinci məsələ də öz təsdiqini tapdı. Belə ki, artıq müharibədə iştirak edən əsgərlər üzləri görünməsin deyə hərbi maskalar taxıb videolar paylaşır və gileylənirlər. Deyirlər ki, bizə burada (döyüş bölgəsi nəzərdə tutulur) baxmırlar, etirazlardan sonra gündəlik 10 manat verəcəklərini deyirlər. Yazıq əsgər deyir ki, mülki həyatda adi fəhlə 10 manatdan çox qazanır. Bəli, bu insanlar elə mülki həyatda fəhlə baba adamlardır. Hansı porsuq məmurun, deputatın iki özü boyda olan balası gedib müharibədə iştirak edib, soyuqda yatıb, səngərdə böyrəkləri çürüyüb ki? Daha sonra video yayanlar deyir ki, bizim mallarımızı aparıb dükanlarda satırlar. Ailəmizə baxmırlar, məcbur olub camaatdan borc alırıq. Həmçinin, videolara baxanda görürük ki, dörd-beş əsgər yığışıb bir yerə xiyar, göyərti yeyir, bir əti bir neçə yerə bölüb yeyirlər.
Əsgərlərin şikayətindən sonra utanmadan qızarmadan müxtəlif yaş həddində olan əsgərləri bir cərgə düzüb hərəsinə bir torba güya ərzaq veriblər.

Bu məsələ hansısa bir təxribat deyil. Faktdır. Birincisi ona görə ki, bu cür rəzil bir hakimiyyət onsuz da müharibə zamanı porsuq balalarını gizlədib yetim-yesiri müharibəyə göndərdi. O zaman ədalətsiz davrandığı kimi indi də ədalətsiz davranır. İkincisi ona görə ki, artıq iqtidarın bir nömrəli GÖZƏGİRƏN qəzeti olan Musavat qəzeti bu haqda bir məqalə də yazdı. Musavatın məşhur GÖZƏGİRƏNLƏRİNDƏN biri – Elşad Məmmədlidir, kimdir – məqaləsinə təxminən belə bir başlıq qoyub ki, dövlət Qarabağı alan əsgəri niyə qayğısız qoysun? Baxın bu GÖZƏGİRƏNİN bir cızmaqaraya görə aldığı qonarar bir əsgrə üç gün verilən on manatlardan çoxdur. Bu cür porsuqlar GÖZƏGİRƏNLİK səbəbiylə qazandıqları isti ofisdə oturub GÖZƏGİRƏNLİK edəndə o yazıqlar qarda-qışda soyuq, qarlı yerlə yatırdılar. Budurmu əsgər rəva görülən.

Hadisələrin gedişini izləmək lazımdır. Əlbəttə, nə əsgər, nə əsgər anası-atası, nə də xalq oturub tamaşa etməklə kifayətlənməməlidir. Heç cür itirdiyi etibarı bərpa edə bilməyən xainlərin haqqında bir tədbir görməlidir.


137 بازدید
در حال ارسال اطلاعات...