Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2020

Dindar əsgərlərin Şuşa məscidindən donuzları təmizləməsindən sonra...

Türkviziyon əxlaqsızlıq yarışması barədə bir neçə söz

Nə qədər ki, torpaqlarımız erməni dığalarının əlində idi, yazan, pozan, tanınmaq istəyən, riyakarlıq etmək sevdasında olan, özünü göstərən – bir sözlə millət deyirdi ki, ermənilər Şuşa məscidini donuzxanaya döndərib. Güya bunlar gedib Qarabağı alsalar, Şuşada zəfər çalsalar Gövərağa məscidində namaz qılacaqdılar. Şuşada “namaz qılmaq istəyənlər” indi nədənsə Tükiyənin Şuşada Türkviziyon adlı əxlaqsızlıq yarışmasının keçirilməsi barədə susub heç nə demirdilər. Bəs nə oldu? Şuşada namaz qılacaqdınız. Əlbəttə, bir Allah yox, elə bəndə də bilirdi ki, bunlar namaz qılan zad deyillər, sadəcə özlərini göstərirlər. Çünki namaz qılan gedib öz məntəqəsində namaz qılsın da, daha Şuşaya basa-basa namaz qılmaq üçün niyə gedir?

Öz məntəqəsində namaz qılsın demişkən, baxın, Ərdoğan Osmanlıların işğal etdikləri Ayasofyanı məscidə çevirib, lənətlik Yezidin məscidində - Suriyada namaz qılmaq boğazında sümük kimi ilişib qaldı, amma bu tərəfdən İmam Əlinin (ə) zikri olan şiə azanı verilən Gövhərağa məscidində Türkviziyon keçirtmək istəyirlər. Görünür, ermənilərlə birlikdə dördayaqlı donuzları Gövhərağa məscidindən İmam Hüseyn (ə) aşiqi olan əsgərlərimiz qovdu, amma ikiayaqlı donuzlar Şuşadan – Əliyyən vəliyyullah zikrinin minarədən Şuşa səmasına yüksəldiyi bir məntəqədən anqırtı, ulamaq səsi çıxartmaq istəyirdilər. Amma arzuları ürəklərində qaldı. Bir daha Quranın insanlar qurtulandan sonra yenə fəsad dalısınca düşəcəklərini bəyan edən ayəsi öz əksini tapır. Nə qədər ki, işləri Allaha düşmüşdü, az qalırdılar Şuşa mscidinin divarlarını yalasınlar, elə ki, İmam Hüseyn (ə) aşiqlərinə qələbə nəsib oldu, əxlaqsızlar meydana çıxdı.

Bəli, zalımlar ar tutmayıb, düzəlməyib, bəzilərinin xəyal etdiyi kimi mələyə dönməyib. Çünki rəzil xislət dəyişməyincə xeyri yoxdur.

Allaha həmd olsun ki, bu əxlaqsızlıq planı hələ Covid 19-a görə baş tutmayıb. İnşallah bundan sonra da baş tutmaz. Ərdoğanın Yezid məscidində imam camaat olması arzusu ürəyində qaldığı kimi şiə diyarlarında əxlaqsızlıq yarışmaları keçirməsi də ürəyində qalacaq.


147 بازدید
در حال ارسال اطلاعات...