Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2020

Bir dılğır Ermənistanı “iki türk ordusu” məğlub edibsə...

Vay Azərbaycan ordusunun halına ki, bir erməniylə bacarmır, Türkiyə ordusuna möhtac olur

Zatən Azərbaycanın Ermənistanla ikinci Qarabağ müharibəsinə başlamasını Rusiyanın ayağına yazırlar və deyirlər ki, rusun "dabrosu" olmasaydı Azərbaycanın nə hünəri var idi ki, regionda müharibəyə başlasın. Bu tərəfdən də pantürklər başlayıblar ki, yox e, Qarabağ Ərdoğanın sayəsində alındı, Ərdoğanın göndərdiyi əsgrlər olmasaydı Qarabağ yuxunuzda alınardı. O tərəfdən də Türkiyəni bir matah hesab etməyənlər deyir ki, Türkiyə kimdir ki, Ermənistanın əleyhinə Azərbaycana köməklik etsin. Türkiyənin “duxu” çatmaz ki, Rusiyanın ağalıq etdiyi regionda ağalıq eləməyə çalışsın. Belə edən idisə Paşinyanın Qərbə üz tutmadığı, ümumiyyətlə Paşinyanın yox, Sarqsyanın, Köçəryanın olduğu vaxtlarda müdaxilə edərdi.

Bu azmış kimi bu tərəfdən də türklər peyda olub Qarabağdakı qələbəni öz ayaqlarına yazmaq istəyirlər. Məsələn, Türkiyənin “Baykar Makina” şirkətinin texniki direktoru və “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Səlcuq Bayraqdar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “FA International Trade Events” MMC-nin birgə təşkilatçılığı ilə keçirilən “World Net Summit” beynəlxalq onlayn konfransında belə deyib: “Qarabağ məsələsini gənclik illərimizdən içimizdə bir ağrı kimi hiss edirdik. Bu gün Azərbaycan və Türkiyə ordularının böyük səyi nəticəsində bu ağrı bitdi. Qələbədə ölkəmizin istehsalı olan milli texnologiyanın rol oynaması bizə qürur verir. Bu zəfərin əsl sahibləri isə şəhidlərdir. Eşq olsun türk ordularına!” Bizim başıpozuq, sionist səfirliyindən yemlənən “axar” saytı da bu xəbəri tirajlayıb. Çünki bunların məqəsdi sionist nökəri olan Ərdoğanı qəhrəman etməkdir. Təki İranın adı arada itib-batsın, Ərdoğan yüksəlsin. Əslində elə nazirliyimiz də bu adamı başa salmalı idi ki, Türkiyə ordusu Qarabağda heç nə etmyib. Yox, əgər doğrudan da nəsə edibsə çıxıb dövlət səviyyəsində elan etsinlər. Bəlkə doğrudan da Türkiyə ordusu gəlib Qarabağ üçün vuruşub. Vuruşubsa - onda ermənilər elə türklərin diliylə desək – bizə tam haqları çatır ki, “kalleş” desin. Əgər doğrudan da iki türk ordusu bir dılğır Ermənistanı birgə məğlub edibsə onda vay halımıza. Vay olsun Azərbaycan ordusuna ki, bir Ermənistanla bacarmır, Türkiyə ordusuna möhtac olur, o da gəlir və ikisi birləşib bir erməniyə güc göstərir. Başı pozuq pantürklər istəyiblər özlərinin hörmətini qaldırsınlar, əksinə, hər iki türk ordusunu, beləliklə də bütün türk dünyasını bütün türk dünyasında, bəlkə də bütün dünyada biabır ediblər.


927 بازدید
در حال ارسال اطلاعات...