Pantürkizm fikriylə ölkəni batıranların ölkəsini şahdan xilas edənlərə gülünc buynuzatma prosesi
Azərbaycanda doğrudan da nəvəsinə ulamaq öyrədən Sabir rüstəmxanlıların, ağlamalı gündə olan Fəzail ağamalıların varlığı çox utancvericidir. Başa düşüləndir, Azərbaycanda itib-batan, heç kim tərəfindən sevilməyən, öz partiyalarının yeganə üzvləri olan bu ünsürlər GÖZƏGİRƏNLİK etdikləri üçün gedib deputatxanada otursalar da ara-sıra gözə görünmələri, danışmaları lazımdır. Axı nə etsinlər. Yaxşı, İranın əleyhinə danışmayıb neyləsinlər?
Sabir Rüstəmxanlı, Fəzail Ağamalı Ərdoğanın Bakıda sərsəm çıxışından sonra 44 gün boyunca gizləndikləri yuvadan çıxıb İrana buynuz atmağa çalışırlar. Sabir Rüstəmxanlı deyir ki, Ərdoğanı başa düşən camaat niyə Ərtoğrulu başa düşmür, gərək Ərtoğrul kinosu da elə Anadolu türkcəsində efirə verilsin. Baxın, 70 yaşlı bu qocanın, - evində nəvəsinə ulamaq öyrədən - ünsürün verdiyi təklifə baxın. Durun xalqa bir mühüm təklif verin, xalq sizdən xeyir görsün.
Ağlamalı gündə olan Fəzail də durub Ərdoğanın sərsəm çıxışına bəraət qazandırmaq üçün deyir ki, bu şeir İranın yuxusuna haram qatıb. Güya neçə min il bunların İranda yaşayan soydaşı bizim Azərbaycana birləşmək istəyir. Bu bədbəxtlər anlamır ki, Azərbaycan hakimiyyətinə hər kəsdən qabaq sərf eləmir ki, hansısa ölkədən kimsə durub gəlsin Azərbaycana. Özü də 40 milyon İran azərbaycanlısı. Bədbəxt balası, sənin ölkəndə 10 milyonun üçdə biri elə orda-burda sürgün həyatı yaşayır, bir parça çörək üçün vətəndən didərgin düşüblər. Sizin kimi GÖZƏGİRƏNLİK ucbatından gedib deputatxanada oturub əbəs yerə maaş alan, üstə gəl sionist səfirliyindən yemlənən adamlar bir dəfə durub ölkədə ədalətdən danışsaydı gözəl ölkəmiz gülüstana dönərdi. Ağlamalı müəllim durub deyir ki, bizim ədalətli mübarizəmiz... Heç olmasa siz ədalət kəlməsini dilinizə alıb çirkləndirməyin. Harda idi sizin balalarınız, nəvələriniz, niyə yox idi Qarabağ döyüşlərində.
Təbii ki, biz iranpərəst deyilik, İranı da müdafiə etmək fikrimiz yoxdur. Amma bu cür GÖZƏGİRƏN insanlarımızın olması da bizi narahat edir. Bir şey ki, görün bu adamlar nə qədər əldən düşüblər ki - hərəsinin yetmiş yaşı var – Ərdoğanın naziri Mövlud Çavuşoğlu belə zəng vurub iranlı həmkarına deyib ki, arada bir anlaşılmazlıq olub, bunlar durub o zəngdən sonra düşük kimi ortalığa düşüb Ərdoğanın da GÖZÜNƏ GİRMƏYƏ çalışırlar.
Axı, siz nə üzlə durub İrana buynuz atmağa çalışırsız. Siz bir dəfə hakimiyyətdə oldunuz, satdığınız lideriniz Elçibəy də İrana ilişirdi... Məgər, sizin prezident demirdi ki, Türkiyədən helikopter istədim, vermədi, amma İran helikopter verirdi almadım? Bir dəfə sərsəm pantürkizm fikirləriylə ölkəni pis günə qoydunuz, liderinizi satıb yeni hakimiyyətə GÖZƏGİRƏNLİK etdiniz, yetmədimi? Axı, sizin bu gün GÖZÜNƏ GİRDİYİNİZ hakimiyyətin başçısı hər dəfə 90-cı ilin əvvəllərini xatırlayanda sizin komandanıza itin sözünü demirmi? Gedin 70 yaşınızda nəvələrinizə ulamaq öyrədin.
Görün siz hansı ağlın sahibisiniz ki, evdə nəvələrinizə ulamaq öyrədirsiniz, buynuz atdığınız İran isə ərbəin təbliğatları nəticəsində Azərbaycanda nə qədər Hüseynçi yetişdirib. Nə qədər mübariz əsgərimiz dindar, namaz qılan idi. İranda təhsil alan din tələbələri Qarabağ uğrunda vuruşdu, kimisi şəhid oldu, kimisi qazi.
Necə olur ki, Gəncə merini vuran qəhrəmanı İranda təlim görmüş agent adlandırırsız, amma İranda təhsil alan Hüseynçi əsgəri bu ruhiyyədə yetişdirdiyi üçün İrana təşəkkür etmirsiz? Siz şəhid nədir qanırdınızmı?
Ağlamalı gündə olan Ağamalı deyir ki, Azərbaycanı Türkmənçay müqaviləsində iki hissəyə böldülər. Bədbəxt anlamır ki, onu edən türk mənşəli Qacar imperiyası ilə bu gün GÖZÜNƏ GİRDİYİNİZ hakimiyyətin ağası olan Rusiya edib. Bunun İrana, farsa nə dəxli var.
Sonda əziz xalqımıza, şüurlu insanlara demək istərdik ki, öz liderini SATAN bu cür ünsürlərə aldanmasınlar. Bunlar bir hərbiçinin tanklarla Gəncədən Bakıya gələcəyi xəbərinin qorxusundan dövləti qoyub qaçan, Qarabağ müharibəsində siçan deşiyində gizlənən ünsürlərdir ki, ölkəsində Amerika nökəri olan qüdrətli şahı devirmiş insanlara buynuz atmağa çalışırlar. Gedin o tərəfdə oynayın!