Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2020

Ərdoğan Azərbaycana iki qardaş, dost ölkənin bayram aşına soğan doğramaq üçün gəldi

Ərdoğan Azərbaycan xalqının öz bayramını qeyd etdiyi gündə də fürsəti fövtə verməyib, tələm-tələsik özünü yetirib Azərbaycana. Adam özünü bəlkə də Qarabağ müharibəsinin əsas səbəbkarı və qalibi hesab edir. Elə də durub gəlib ki, güya Qarabağda canlarını qurban verən İmam Hüseyn (ə) aşiqi olan şiə balaları deyil, bir zamanlar əlindən öpdüyü və yenə bir zamanlar Fətullahın əliylə düzənlənən hərbi çevrilişin qorxusundan oteldə dabanına tüpürüb qaçan Ərdoğandır.

Hamı bilir ki, “qardaşım Əsəd”dən, “qatil Əsəd”ə qədər dəyişən Ərdoğana sabah ağababaları əmr eləsə bu gün qardaşım dediyi İlham Əliyevə də sabah “qatil İlham” deyəcək.

Sadəcə, Qarabağı almışkən bir şey qopartmasa əl çəkmək istəmir. Suriyanı işğal edib Əməvi camisində mənəvi atası Yezidin, Müaviyənin məscidində namaz qılmaq ürəyində qalandan sonra Şuşada, şiə balalarının İmam Hüseyn (ə) eşqiylə işğaldan azad etdikləri və şiə azanı oxuduqları məsciddə də şiə rituallarını gözü götürməyən bu adam mütləq şiəyə ilişməli idi. 

Nəhayət, şiəni görən gözü olmayan bu adam bir şiə məmləkətinə gəlir, şiə xalqının bayram sevincinə soğan doğrayır. Camaat İmam Hüseyn (ə) şüarları sayəsində alınan Qarabağın sevincini yaşayarkən bu gəlir Araz şeiri oxumaqla başqa şiə məmləkəti olan İrana söz atır. Bizim bəzi nadan pantürklər də buna güya dəstək verir.

Bu, İrandna əlavə həm də Azərbaycana həqarətdir. Çünki Araz sərhədi hətta Azərbaycan dövləti tərəfindən, birbaşa Ərdoğanın qardaş dediyi İlham Əliyev tərəfindən “dostluq sərhədi” kimi qələmə verilmişdi.
Baxın, indi bunun partiyasının sözçüləri güya Ərdoğana iranlılar sayğısızlıq edibmiş kimi durub utanmadan-qızarmadan iranlılara “xəbərdarlıq” da edirlər. Türkiyəli qardaşlarımızın gözəl bir ata sözü vardır: həm suçlu, həm güclü. Deməli, onun atmacalarından sonra İranda da təbii olaraq separatizmə yol açan bu münasibətdən sonra Ərdoğanı sərt tənqid edənlər oldu. Sanki bunlar Qarabağ müharibəsindən sonra bir şilt salıb iki şiə ölkəsi olan Azərbaycanla İranın arasını vurmağa çalışırlar. Heç Azərbaycanın da marağında deyil ki, Ərdoğan gəlib burda fitnə motivli sayıqlamalar etsin. İndi hər iki ölkə - ordan İran, burdan Türkiyə başlayacaq sözlə atışmağa. Fitnə böyüsə bütün dünyada soruşacaqlar ki, necə oldu İranla Türkiyə “davaya başladı?” cavab: necə olacaq, Türkiyə prezidenti durub separatçılıqla məşğul olub. Üstəlik, İran türkləri tərəfindən yaxşı da cavab aldı. İran Azərbaycanı ərazilərinin dörd ruhanisi Türkiyənin cavabını yaxşıca verdi. Üstəlik, türkdilli Təbriz camaatı da Türkiyənin Təbrizdəki konsulluğu önündə etirazlar etdilər.

Amma, şilt salmaq üçün Azərbaycana gələn, İmam Hüseyn (ə) aşiqlərinin Qarabağ sevincinə soğan doğramaq məqsədi güdən Ərdoğana xatırlatmaq lazımdır ki, gedib illərdir savaşdığı kürdlərdən danışsın. İrandan kimsə hansısa ölkədə gedib Türkiyə kerdlərini elə türklər demişkən “kışqırdıbmı?” Deməli, Ərdoğan da təxribatdan əl çəkməlidir.


194 بازدید
در حال ارسال اطلاعات...