Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2020

Sionist Axar, Publika saytlarının nigarançılığı: Ərbəindən Qarabağa, Şuşaya doğru

Ərbəin övladlarının 44 günlük müharibəsi sionizmə 22 və 33 günlük müharibələri xatırladır.

Yadınızdadırsa dəfələrlə sionistlərin Azərbaycandakı təsir agenti olan Axar və Publika saytları şiə və xüsusilə şiə İranı əleyhinə yaman təbliğatlar aparıb. Xüsusilə, ərbəinqabağı bütün var qüvvəsi ilə çalışıb ki, Ərbəin ziyarətini İranın siyasi varlığının ayrılmaz və mühüm bir hissəsi kimi dünyaya elan eləsin. Buna görə də, əllərinə yaxşı bəhanə düşüb, İslamı, şiəçiliyi vurmağa çalışan sionistlərin Azərbaycandakı təsir agentləri İranı vurmağa çalışıblar. Niyə? Çünki şiə Hizbullahı, şiə İranı bunların mənəvi atalarına və sahiblərinə - sionizmə nəyi var dağ çəkiblər.

Bir yandan külli miqdarda pullar sərf edirlər ki, şiəni, Hizbullahı, İranı, həmçinin Azərbaycanda şiəliyi aradan aparsınlar, digər tərəfdən şiələr gündən-günə güclənir. Özü də şiənin güclənməsi heç də silah-sursatdan asılı deyil. Bircə Ərbəin məktəbi nəyə desən dəyər. Hətta, bütün il boyu şiənin passiv olduğunu fərz eləsək belə, bir gün gəlir ki, bütün şiə dünyası, hətta qeyri-şiə azadələr Kərbəlaya – eşq qibləsinə axın edir.
Sionistlərin ölkəmizdəki təsir agentləri olan Axar və Publika saytları da sionistlərin pulu hesabına Ərbəin əleyhinə cızma-qaralar edir, Ərbəini İran siyasəti kimi qələmə verirdilər. Olsun, əgər, İmam Hüseyn (ə) ziyarətinə İran külli miqdarda pul sərf edirsə, Azərbaycandan da şiələr ora cəlb olunursa, bu, çox gözəl haldır. Biz bu işdən ötrü İranı təbrik edir və dəstəkləyirik.

Siz elə bilirsiniz ki, sionist mediası əbəs yerə Ərbəin əleyhinə təbliğat aparırdı? Xeyr! Bütün dünya Ərbəinin Qarabağda, Şuşada, Ağdamda 44 gün ərzində təsir mexanizmini gördü. Siz 44 gün ərzində işğal olunmuş torpaqlardakı qondarma hökümətin nümayəndələrini iti qovan kimi qovan İmam Hüseyn (ə) aşiqlərini və onların “Ya Hüseyn!” deyərək, mərsiyə oxuyub əzadarlıq edərək intiqam aldıqlarını gördünüz. Amma, 27 illik işğala, sinostlərin nə qədər Azərbaycanda dini məhdudlaşdırmağa çalışmalarına, məscidləri bağlatdırmasına, ruhaniləri həbs etdirməsinə baxmayaraq, İmam Hüseyn (ə) eşqi bu xalqda ölmədi. Qarabağı alanlar, Şuşada, Ağdamda azan verənlər Ərbəin övladlarıdır, kərbəlayilər və onların İmam Hüseyn (ə) eşqiylə böyüyən balalarıdır.

Təbii ki, bundan sonra da sionist mediası rahat durmayacaq, daha çox Ərbəin əleyhinə təbliğata əl atacaqlar. Amma, Allah Mütəal onların bütün hiylələrini öz əleyhlərinə çevirəcək.

İmam Hüseyn (ə) aşiqlərinin 44 günlük müharibədə qələbə qazanması sionist mediasının yadına 33 günlük Hizbullah və 22 günlük HƏMAS (Qəzzə) müharibəsini salır. Hizbullah və HƏMAS bu müharibələrdə sionistlərin yuxusuna haram qatmışdı. Ona görə də sionistlər heç bir ölkədə Ərbəin övladlarını görmək istəmir.


781 بازدید
در حال ارسال اطلاعات...