Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Noyabr 2020

Ərdoğan Suriyada Əməvi məscidində namaz qılmaq istəyirdi, şiə Şuşasında isə “Türkviziyon” keçirirlər

Xəbər saytları yazır: “Türkiyənin “Eurovision”dan imtina etməsindən sonra təşkil etdiyi “Türkvizyon” müsabiqəsi gələn il Şuşada keçiriləcək.” Zatən bizim xalqın efir məkanını telekanalizasiyaya çevirən, gündüz-gecə zəbt edən əxlaqsız şou-bisnes adamları, müğənnilər bütün günü deyirdi ki, o gün olsun torpaqlarımızı alaq, gedib orda mahnı oxuyaq. Həmçinin, hərbi hissələrə gedəndə də ordakı igid əsgərlərin beynini səviyyəsiz mahnılarla pozurdular. Amma, 44 günlük müharibə zamanı bu insanların heç biri döyüşə getmədi. Yəni, ən azından getmiş olsaydılar bütün günü bunlar reklam olunardı. Ən azından özləri bir yerə yığılıb şou-biznes əhli olduqlarını göstərməklə cəmiyyətdə hörmət sahibi olmalarını təmin edərdilər. Necə ki, dindarlar hər dəfə “Ya Hüseyn!” şüarları səsləndirirdi, bunlar da mahnı oxuyub oynayıb, şıllaq atardılar. Allah ədalətləlidir, hər birisinin çirkin planlarını başlarında çatladacaq.

Belə ki, Türkiyə prezidenti Ərdoğan İŞİD-in “şotuna” Suriyanı ələ keçirib öz ağababası olan ABŞ-ın ixtiyarına verəcək, özü də güya orda Allahın lənətinə gəlmiş Müaviyənin, Yezidin məscidinə namaz qılacaqdı. Amma digər tərəfdən İmam Hüseyn (ə) aşiqlərinin işğaldan azad etdiyi, şiələrin camaat, cümə namazları qıldıqları, azan verdikləri, dualar etdikləri Gövhərağa məscidinin yerləşdiyi Şuşa şəhərində gələn il Türkvizyon keçirməyi planlaşdırırlar. Budurmu Türkiyənin, Ərdoğanın şəhidə verdiyi dəyər? Öz ölkələrində məhmətçiyin canı, qanı bahasında aldıqları hansısa ərazidə tərbiyəsiz yarışmalar keçirərlərmi? Keçirərlərsə, özləri bilərlər, biz belə alçaqlıq və əxlaqsızlıqdan uzaq olmalıyıq.

Amma, Azərbaycan şiə ölkəsi olduğu üçün, şiələrin bütün dünyada hörməti qalxdığı üçün gah başına araxçın qoyub Quran oxuyan, namaz qılan, gah da müğənnilərlə sarmaşıb, qucaqlaşıb mahnı oxuyan Ərdoğan şiə qələbəsini həzm edə bilmir, istəyir şiə məntəqəsi şou-biznes mərkəzinə çevrilsin.

Azərbaycan xalqı isə Türkiyənin bu əxlaqsız addımına, çirkin planına razılıq verməməli, ermənini Şuşa şəhərindən qovduğu kimi Türkiyənin əxlaqsız zümrələrini, Əməvi sevdalısı siyasi dairələrini də Şuşadan rədd eləməlidir.


109 بازدید
در حال ارسال اطلاعات...