Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2020

Vilayəti: Qonşu ölkələrdə əmin-amanlıq olmadan İranda təhlükəsizlik ola bilməz-Azərbaycan xalqını təbrik edirik

Ali Məqamlı Rəhbərin siyasi məsələlər üzrə müşaviri deyib: “İranın milli təhlükəsizliyi qonşu ölkələrdə əmin-amanlıq olmadan mümkün deyil.”

Bu gün (16 noyabr) İranda “Ümumdünya Əhli-Beyt (ə) Davamçıları” vebinarı keçirilib. Vebinara qatılan İslami Oyanış Beynəlxalq Assambleyasının baş katibi Əli Əkbər Vilayəti Qarabağ mövzusuna toxunaraq deyib: “İran Azərbaycan və Ermənistanla, habelə Naxçıvanda Azərbaycanın bir hissəsi ilə ortaq sərhədlərə sahibdir. Dünyada heç bir ölkə belə özəlliklərə malik deyil. Bu səbəbdən İranın Azərbaycan və Ermənistanın qonşusu kimi Qarabağ mövzusuna ciddi yanaşması və ona daxil olması məntiqlidir.”
Doktor Vilayəti çıxışının digər hissəsində vurğulayıb: “İslam İnqilabının Böyük Rəhbəri təkid etdi ki, Azərbaycanın işğal edilmiş torpaqları bu ölkəyə qaytarılmalıdır. Bu torpaqların Azərbaycana qayıtması böyük uğurdur və bu münasibətlə Azərbaycan Respublikasını təbrik edirik. Habelə, Ali Məqamlı Rəhbər vurğuladı ki, beynəlxalq sərhədlər toxunulmaz qalmalıdır. Onun fikrincə, bütün münaqişələrin kökü beynəlxalq sərhədlərdə yaranmış qoparılmalardadır.”

Doktor Vilayəti qonşu ölkələrdə əmin-amanlığın İranın da təhlükəsizliyinə təsir qoyduğunu bildirərək deyib: “İnanırıq ki, İran İslam Respublikasının milli təhlükəsizliyi qonşu ölkələrdə əmin-amanlıq olmadan mümkün deyil.”
Ali Məqamlı Rəhbərin müşaviri daha sonra deyib ki, bölgədə müharibənin baş verməsi bizim azəri qardaşlarımızın şəhid olmasına və ermənilərin həlak olmasına səbəb olur. Ona görə də müharibənin qarşısını almaq lazımdır.
O əlavə edib: “Bu mövzuda rolu olanlar daha tez hərəkətə keçməli idilər ki, haqq sahibinin haqqı özünə qaytarılsın. Bu məsələnin bölgədən qıraq ölkələrə aidiyyatı yoxdur. İran ədalətli sülhün yaranması üçün təlaş göstərəcək. 

Azərbaycanın işğal edilmiş şəhərləri azad edilməli idi və Azərbaycan xalqı bu işi həyata keçirdi. Bu münasibətlə biz bir daha Azərbaycan xalqını təbrik edirik. Çünki bizim Azərbaycan Respublikası ilə qardaş, dost, tarixi və mədəni münasibətlərimiz vardır.”

Vilayəti bildirib: “Həmişə Əhli-beyt (ə) aşiqi və müdafiəçiləri olmuş azərilərin arasında vəhabi, təkfirçi və bədnam keçmişi olan terrorçuların olması mənasızdır. Ona görə də Azərbaycan xalqı özü öz torpaqlarını azad etsin və vəhabi terrorçularının İranın şimal sərhədlərində hüzuru nakam qalacaq.”
Bölgənin təhlükəsizliyinin inkaredilməz bir zərurət olduğunu vurğulayan Vilayəti deyib: “Ali Məqamlı Rəhbərin Qafqaz barədə sözü İran İslam Respublikasının bu bölgə ilə bağlı mövqeində son söz hüququ daşıyır və strateji prinsipdir, onun sözlərinə tam əməl edilməlidir.”




157 بازدید
در حال ارسال اطلاعات...