Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2020

Ölkədə məscidlər bağlandı, amma Şuşada camaat namazı qıldıq. Axirət övladlarına eşq olsun!

(Qələbə bəxş edən Allahdır!)

Müharibə başlar-başlamaz camaatın dilində belə bir fikir gəzməyə başladı: Aşura məclislərini qadağan etdiniz, Allah bütöv bir xalqa Aşura yaşatdı. Bu, təqribən o zamanlar idi ki, insanlarımız müharibədə yaralanan, şəhid olan qohum-əqrabası üçün ağlayır, sızlayırdı. 44 gün sonra müharibə zahirən bitdi. Son günlərdə, daha dəqiq isə 13 noyabr - Cümə günü artıq bir neçə gün öncə işğaldan azad edilən Şuşa məscidində azan verildi, Əhli-Beyt (ə) aşiqləri, İmam Hüseyn (ə) davamçıları namaz qıldı.

Diqqət çəkən məqam budur ki, Azərbaycanda məscidlərin bağlanması səbəbindən namaz qılmaqdan bəhanə ilə məhrum edilən İmam Hüseyn (ə) aşiqləri Şuşada 27 ildir ki, erməni vandalları tərəfindən donuz tövləsinə çevrilən məscidi təmizləyib, silib-süpürüb orada camaat namazı qıldılar.

Bundan sonra Qarabağın talehinin Rusiya sülhməramlılarının işə qarışmasından sonra necə olacağı təbii ki, sual altındadır. Hər nə qədər Rusiya, Türkiyə öz aralarında da saziş, anlaşma imzalasalar, bir-birini asıb-kəssələr də hələ ki, tam olaraq dəqiq bir söz demək mümkün deyil. Bura qədər Azərbaycan mübarizlərini qalib edən Allah İmam Hüseynə (ə) xatir bundan sonra da hadisələri bizim xeyrimizə çevirər. Amma, Şuşada azan verdik, “Əliyyən vəliyyullah” dedik, camaat namazı qıldıq, bu qələbəni zövqünü bizə yaşadan Allaha həmd olsun.

Bundan sonra Azərbaycan iqtidarı bu kimi hadisələrdən ibrət almalıdır. Allah bizə qələbə əta etdikcə biz Allaha ibadət və itaət edən bir xalq, iqtidar və müxalifət olmalıyıq. Çünki Allahın nemətləri müqabilində ibadət və itaətdə olmaq onun nemətlərinə təşəkkür etməkdir.

İki məqamı qeyd etmək istərdik: İlham Əliyev bundan əvvəl çıxış edərkən demişdi ki, Azərbaycanın qələbəsi əsgərlərin sayəsində ərsəyə gəldi. Doğrudur, bu müharibədə qudurğan məmurlar, təyinatla deputatxanada oturan deputatlar heç nə etmədi. Nə də onların qudurğan balalarının, qohumlarının nəsə etdiyini görmədik. Allah Hacı Abgülün qapısını açsın, çox gözəl demişdi: Qarabağda dünya uşaqlarının nə işi var, ora Axirət övladlarının yeridir. İkincisi, İlham Əliyevin qələbəni nisbət verdiyi əsgərlərə gəlincə, onların videolarındakı çıxışlara nəzər salsanız görərsiniz ki, onlar açıq-aşkar qələbənin Allaha xas olduğunu dedilər. Bəli, bəndənin bir zərrə müvəffəqiyyəti və uğuru varsa Allahdandır!


139 بازدید
در حال ارسال اطلاعات...