Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2020

Qəmlo demişkən, niyə gəlir, xeyir gətirir, ay gətirdi ha!

Türkiyə Azərbaycana gəlirsə Rusiya və İran anti-terror tədbirləri görməlidir.

Azərbaycanda siyasi müxalifət, ümumiyyətlə hakimiyyətə müxalif olan bir çox insanlar 27 sentyabrdan 10 noyabradək bütün müxalifətçilikləri kənara qoyub iqtidara dəstək, daha doğrusu milli birlik nümayiş etdirməyə çalışırdılar. (Bədbəxt müxalifət indiyədək bu birliyi öz aralarında nümayiş etdirsəydi iqtidarı çoxdan yıxıb iqtidar olmuşdu.) Amma 10 noyabrdan sonra, yəni “sülh sazişi”ndən sonra artıq öz dəstəklərinin sona çatdığını elan edib müxalifətçiliyə başladılar. Çünki 10 noyabrda müharibənin meydandan masaya keçən ikinci hissəsi başaldı. Bir çox insanlar düşünürdü ki, müharibəni meydanda udan Azərbaycan bunu davam etdirib şanlı və nəhayi (son) qələbəni rəsmləşdirəcək. Amma gördükləri nə oldu? Sübh tezdən yuxudan oyanıb gördülər ki, artıq iş işdən keçib. Qanuna görə deputatların razılığı olduğu halda ölkəyə xarici qüvvə yeridilə bildiyi halda ölkə rəhbərliyi tək imza ilə işi - xalqa, deputatlara, yanıb-yaxılan müxalifətə məsələni danışmadan həll edib.

Bildiyimiz kimi Azərbaycan kimi kiçik dövlətlərin alnına böyük dövlətlərin siyasətindən asılı qalmaq yazılmışdır. Regionda isə üç böyük dövlət – Rusiya, Türkiyə, İrandır ki, bunların arasında Rusiya və Türkiyənin tərəfdarları daha çoxdur. Rusiya tərəfdarları sovet vaxtı gün görən nəsillə ölkə hakimiyyətidirsə, Türkiyə tərəfdarları da keçmiş AXC-dən qalan müxalif fikirli insanlardır.
Təbii ki, elə ilk günlərdən Azərbaycan siyasi hakimiyyətinin müstəqil qərar vermədiyi hamıya bəlli idi. Hamı bilir ki, Əliyevlər onsuz da Rusiyanın sayəsində ayaqda qalan, nəfəs alan bir ailədir. Rusiyanın nəhayi qərarına nə deyə biləcəkdilər ki? Əliyev də daxil olmaqla rusiyatəmayüllülər inanırdı ki, Qarabağın açarı Rusiyanın əlində olduğu üçün onun icazəsi ilə müharibə başlayıb. Onların ürəyi rahatdır, istədikləri olub və Rusiya nəhayət Qarabağı ələ keçirib. Türkiyə tərəfdarları isə özlərini inandıra bilmişdilər ki, hər kimə güvənməsindən asılı olmayaraq, Suriyada məğlub edilməsinə baxmayaraq Türkiyə - Qarabağın açarı Rusiyanın əlində olsa da - nəsə edə biləcək. İndi də Qarabağda və Laçın dəhlizində qalacaq Rusiya sülhməramlılarının tənha olmayacağını, Türkiyə ilə çoxmilli şəkildə qala biləcəklərini türkpərəstlər ümid edirlər.

Deməli, bütövlükdə Azərbaycanda hər kəs – siyasi hakimiyyət və müxalifət də başda olmaqla – bilirdi ki, Azərbaycan iqtidarı özbaşına müharibə qərarı çıxartmayıb. Bu müharibəni Türkiyə başladıb, Rusiya da buna icazə verib. (Yoxsa harda idi Türkiyə və Əliyev hakimiyyəti indiyədək, niyə bir iş görə bilmirdi?) Rusiya isə təbii ki, ondan üz çevirən Ermənistan hökümətinin qulağının dibinə yağlı sillə çəkə bildi. Paşinyan hakimiyyəti bir vaxtlar AXC partiyasının, o zamankı hökümətinin etdiyi kimi rusdan üz çevirdi, amma Azərbaycan iqtidarı o zamankı erməni iqtidarının etdiyi kimi Rusiyaya ürəyi istəyən kimi qulluq etdi ki, Qarabağ məsələsində Azərbaycandan yana olsun.

Nəticə budur ki, ermənilər rahat durmayacaq, öz yeni hökümətlərini qurmağa çalışırlar. Güc toplayırlar, Rusiya da özünün loyal hakimiyyətini Ermənistanda qurmağa çalışır. Bundan əlavə ABŞ-ın yeni administrasiyasında, Konqresin rəhbərliyində təmsil edilən ermənilər Ermənistana qahmar çıxmağa çalışacaq.

Türkiyə də təbii ki, xeyir verməyə gəlmir. O da NATO-nun ya da, ABŞ-ın və yaxud başqa sahiblərinin qərarlarını icra etməyə çalışacaq. Suriyanı xaraba günə qoyduqları kimi Qarabağı da xaraba günə qoyma ehtimalları vardır. Unutmayaq ki, Türkiyə təkcə Qarabağda deyil, Azərbaycanda da öz hərbi bazasını yerləşdirməyi istisna etmir. Suriyaya vəhhabi terrorçuları saldığı kimi Azərbaycan sərhədlərindən, Qarabağdan vəhhabi terrorçuları İran və Rusiya həndəvərində dolandırması da istisna edilmir. “Axırıncı aşırım” kinosunda Qəmlonun dediyi kimidir: niyə gəlir, xeyir gətirir, ay gətirdi ya...

Bura qədər Azərbaycanın mərd oğulları şəhid oldu ki, sonda gəlib ABŞ nökəri Türkiyə və Rusiya Qarabağa hakim olsun? Tak şto, vəziyyət heç də yaxşı deyil. İran və Rusiya sərhədlərində ABŞ-la Türkiyənin doğub törədiyi terrorçuların tezliklə səs-sədası gələcək.


128 بازدید
در حال ارسال اطلاعات...