Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2020

İti (qovan kimi) qovduq, sahibləri gəldi

Bir işğal getdi, ikinci işğal gəldi?

O qədər dava-qırğından, şəhid verəndən, qan tökəndən sonra 44 günlük müharibə dayandı. Gecənin bir aləmi Rusiya, Azərbaycan və Ermənistan arasında saziş imzalandı və müharibə güya bitdi. Başqa sözlə desək 30 ildir bizi layla ilə yatırdanlar 44 günlük oyanışdan sonra bir daha yatdığımız halda bizi dərin yuxuya verdilər. Səhər sazişin baş tutduğunu öyrənən camaat da küçələrə töküldü. Bayram edirlərmiş kimi atdanıb-düşdülər. Doğrudan da bu bayramdırmı? Xalq bu qədər sadəlövhdürmü?

Çoxları deyə bilər ki, yaxşı oldu, qan daha çox tökülmədi, daha çox insan ölmədi. Amma, əzizlər, müharibə, torpaq almaq zatən şəhid istəyir. Əgər bunu istəmirdinizsə elə əvvəldən narazılıq edərdiniz. Onsuz da otuz ildir torpaq düşmən tapdağında idi, bir otuz il də o cür olardı.

Yaxşı indi necə oldu? İndi dildən-dildən gəzən cümlə budur: İti qovduq sahibi gəldi. Yoxsa bir işğal gedib o biri işğal gəldi?

Bəli, zatən biz rusun razılığı ilə müharibəyə başlamışdıq. Rus da nəhayətdə kiməsə icazə verməyəcəkdi ki, gəlib Qarabağda ağalıq eləsin. Bunu camaatımız gözəl bilirdi və təbii ki, sonunun bu cür olmasını da hesablamışdı. Ya gərək bu cür razılığa getməyəydi, əvvəldən bu cür şəraitdə müharibəni başlatmayaydı, ya da başladılmışdısa sona qədər gedilərdi.

Sülh sazişidir, nə matahdır, min cür səhv-sühv şeylər salıblar ora. Diqqətlə oxuyan uzun-uzadı iradlar tapa bilər. Bütün bunlarla yanaşı ermənilərin qeyd edilən tarixdə qrafik verib torpaqları qaytarması məsələsi də inandırıc deyil. Lap deyək ki, inandırıcıdır, bundan sonra 5 il müddətində Qarabağda qalan Rusiya qoşunları çıxacaqmı? Əgər, erməni rədd olub gedirsə, o tərfdən də Ermənistan müdaxilə etmirsə, Rusiyanın 5 il müddətində düşərgə salıb oturması nə üçündür? Yenə də ermənilər daha bizim dinc əhaliyə raket atmayacaq ki? Adamlar özləri açıq-aşkar deyir ki, geri çəkilirik ki, qüvvə toplayıb yenidən gələk. Bunların gərək bütövlükdə Qarabağda qondardıqları “hökümətlərini” başlarına yıxıb qayıdardıq.

Erməni bu rahatlıqla əl çəkən deyil. Rusiyaya da o qədər etibar yoxdur. Sadəcə Paşinyana dərs vermək istədi. Bəlkə də Paşinyan höküməti tarixin zibilliklərinə gömüləndən sonra yeni hökümət Rusiyadan icazə alıb yenidən torpaqlarımıza təcavüz edəcək.

Bəli, erməni bu müharibəni uduzdu və müsəlman ölkəsi bir xristian ölkəsinə qalib oldu. Amma bunlar tarix boyu öz aralarında birliyə sahib olublar. İndilərdə erməni diasporası bütün dünyadan özünə dəstək yığmaqla məşğuldur. ABŞ-ın yeni hakimiyyətində təmsil edilən ermənipərəstlər, Rusiya müqabilində qələt edib ərköyünlük edən Paşinyan hökümətinin yerinə gələn başqa hökümət və ermənipərəstlər yenə fəallaşıb bu işin davamını gətirməyə çalışacaqlar.

Heç cür anlamaq olmur ki, özünün güclü ordusunun olduğunu ifadə edən şəxslər, milli ordu və birliyimizin olduğunu deyənlər niyə bu cür işlərə gedir. Yox, əgər, bütün işlər Rusiyanın ssenarisi üzrə gedirdisə o zaman başqa məsələ.

44 günlük müharibə müddətində insanlar orduya, əsgərə dəstək oldu, hətta ən qatı müxalifətçilər, dindarlar belə ordunu dəstəklədi, hakimiyyətin irəli getməsinə yardımçı oldu. Amma sonda bu cür bir iş etməklə hakimiyyət hamısını narazı saldı. Bundan başqa və daha gözəl siyasi gediş etmək olardı.


2425 بازدید
در حال ارسال اطلاعات...