Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2020

Qırın bir-birinizi, düşmənin sayı azalsın! (Ermənistanın İsraili hədələməsinə sözardı)

Çox şad xəbər almışıq. Azərbaycan ordusunun ardıcıl nailiyyətlərindən başlarını itirən Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müşaviri Vladimir Poqosyan açıq şəkildə İsraili hədələyib. Trend-in məlumatına görə, Poqosyan bu barədə "Facebok" səhifəsində paylaşım edib. Avropadakı terror hadisələrindən danışan Poqosyan, bu terror hücumlarının onu maraqlandırmadığını bildirib. Onun sözlərinə görə, Avropa İsrailin nə olduğunu anlayacaq: "İsrail 1933-cü il Almaniyası ilə bərabərdir. Heç kəsi bağışlamayacağıq və zaman gələcək sizdən qisasımızı alacağıq, bilin".

Çox gözəl, nə vaxta qədər düşmən iki müsəlman ölkəsini bir-birinə qırdıracaq? Qoy elə bu iki faşist-qaniçən, körpə qatili olan rejimlər bir-birini qırsın. Çünki Ermənistanda və İsraildə hazırda mövcud olan rejimlər təhlükəli və insanlıq üçün təhdid hesab edilən rejimdir.

Biz dəfələrlə qeyd etmişik ki, bu iki rejimin mahiyyəti eynidir. Hər iki rejim işğalçı, qaniçən, uşaq qatili bir rejimdir. Hər ikisi tezliklə məhv edilməlidir.

Düzdür, bu iki rejimin müharibəsi onları himayə edən Rusiya və ABŞ-ın müharibəsi deməkdir. Çünki hər iki rejim tarix boyu öz “ata”sının himayəsi sayəsində ayaqda alıb. Rusiya-ABŞ müharibəsi isə üçüncü dünya müharibəsi deməkdir. Amma, yenə də işğalçı, qaniçən, körpə qatili rejimlərin sayı nə qədər çox azalsa o qədər insanlığın xeyrinədir.

Allahın köməkliyi ilə Azərbaycan ordusu öz torpaqlarını işğaldan azad edir. Uzun illərin həsrəti sona yetmək üzrədir. Eyni qələbə və nailiyyəti də inşallah Hizbullahdan, Fələstin mücahidlərindən gözləyirik. Fələstin kimi Qarabağ da İslam torpağıdır. Qarabağ kimi Allah qoysa bir gün Fələstin də qarış-qarış zalım və işğalçı rejimdən geri alınacaq.


157 بازدید
در حال ارسال اطلاعات...