Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2020

Zamin Hacının ilahi ədalətin qələbəsindən qandığı qrafa

Bir Qurana bax, bir də İrana

Bir var ateist olasan, bir də var ki, uzunqulaq olasan. Hərçənd ki, bəzi ateistlər var ki, uzunqulaqdan daha çox uzunqulaqdır. Nə edək ki, uzunqulağa məcbur olub hörmətsizlik edirik. Amma, bu cür ateistlərin uzunqulaqlığını göstərmək üçün onlara “timsah” deməyəcəkdik ki.

Ateistlər dindarlara ilişməkdən yorulmur. Biz də onlara cavab verməkdən yorulmuruq. Çünki bu, bizim əslində vəzifəmizdir. Bəlkə, bir-iki kəlmə eşidib hidayət olarlar.

Deməli, uzunqulaq sözünü işlətməyə bizi vadar edən Murad Köhnəqala idi. Adam çıxıb milyonlarla müsəlmanın verdiyi azana ulamaq demişdi. Amma, bunun kimi başqa bir ateist də var, Zamin Hacı. Deməli, Zamin yazır: “Bəzən dindarlar “ilahi ədalət qalib gələcək” deyə insanlara ümid verərlər, ancaq nə qədər acı da olsa, bu dünyada heç bir ilahi ədalət, filan yoxdur. Dünyada, qədim ata sözümüzdə deyilən kimi, dovşana qaç, tazıya tut deyən Allah var. Yəni insanların, millətlərin taleyi öz əllərindədir, kim güclüdürsə, o da qalib gəlir.” Zamin kimilərin təbii ki, problemi ilahi ədalət barədə deyil. Ədalət mövzusuna girmzədən qabaq Zamin kimilər Allahın var olub-olmadığı barədə ciddi araşdırma aparmalıdır. Ondan sonra ədalət mövzusuna girə bilərlər. Çünki əqidə əsaslarından olan “üsuliddin”də birincə Allah (tovhid) gəlir, sonra ədalət (ədl). Birinci vücuddan (Allahın zatından) danışarlar, sonra sifətdən (ədalətdən).
İkincisi, məgər Allah deyib ki, insanların, millətlərin taleyi başqasının əlindədir? Təkcə sənin kimi insanlar taleyini Minsk qrupuna, rüşvətxor məmurlara, oliqarx deputatlara, diktator hakimiyyətlərə tapşıra bilər. Elə sənin yazdığın “insanların, millətlərin taleyi öz əlindədir” ibarəsi Quranın sözüdür də. Qurandan ayə oğurlayıb niyə öz adına çıxırsan. Quran buyurur: “Həqiqətən Allah bir qövm özündə olanı (aqibəti, taleyi) dəyişməyincə, Allah onda olanı dəyişməz!” (“Rəd” surəsi, ayə 11)

Allah sənin əlini-qolunu bağlamayıb ki? Sən mübarizə meydanını tərk eləyib Musavatın bir küncünə qısılıb köşə cızma-qaralarınla öz səfeh fikirlərini işğal olunmuş torpaqları azad edən Kərbəlayilərə, Məşhədilərə, dindarlara, elm tələbələrinə, əsgərlikdə mərsiyə deyib sinə döyən igidlərimizə aşılamağa çalışırsan. Onlarsa sənin səfeh yazılarını oxuyub ilhama gəlmirlər. Onları bu ruhda böyüdən dindir.

Zamin kimi ateistlər ölkədə bir qələt edə bilməzlər, zalımların seçki saxtakarlığından tutmuş, rüşvət hadisələrinə, xalqın süründürülməsinə dair bir şey deyə bilməzlər, sonra durub günahı Allahda axtararlar. Sən iş görməyəndən sonra, ağzına su alıb susandan sonra, heç sənin özünə xaliq olaraq seçdiyin materiya da sənin köməyinə gəlməyəcək?

Əslində dinə ilişən ateist Zamin özü də bu kimi şeyləri yaxşı bilir. Məsələn, növbəti cümləsində yazır: “Biz 27 il “dözün, hər şey yaxşı olacaq” söhbətləriylə başımızı aldadan beynəlxalq dairələrin mahiyyətini artıq yaxşı anlayırıq. Yer kürəsində, kainatda, təbiətdə hər kəs güclə hesablaşır. Gücün var, hörmətin də olacaq. Gücün yoxdursa, başından qapaz əksik olmayacaqdır.” Bəli, sən və sənin ağlında olan hakimiyyət nümayəndələri 27 il ona-buna göz tikmək əvəzinə, 1400 il əvvəl nazil edilən və qeyd etdiyimiz Quran ayəsinə göz tiksəydilər, bilərdilər ki, Quran əməli olaraq iş görməyin tərəfdarıdır.

Zəhmət çək bir Qurana bax, sonra səfeh-səfeh danış. Qurandan əlavə bir də İrana bax. Zalım şah rejiminin, ondan sonra diktator Səddam rejiminin hücumlarından İran xalqını üzüağ çıxaran Quran əhli olan, ilahi ədalətin qalib gəlməsinə ümüdlü olan, Qurana əməl edən bir insan olmuşdur.

Yazıya başlayanda uzunqulaq bəhsini əbəs yerə qeyd etmədik. Çünki Zamin kimi başqa bir ateist də var, Vüsal Məmmədov. Adam az qaldı ki, torpaqları işğaldan azad edən dindar, mərsiyə oxuyan əsgərlərin əyilib ayağından öpsün. Düzdür, o da ateistdir, amma, bu mövzuda bir həqiqəti inkar etmir. Əsgəri Qarabağa aparan qüvvənin din olması həqiqətini.


13598 بازدید
در حال ارسال اطلاعات...