Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2020

Əsgəri irəli aparan qüvvə və ateistliyi başlarına dəyənlər

Bir ateistin etirafı

Ölkədə ateist kimi tanınan Vüsal Məmmədovun bir-iki cümləsi indi dillər əzbəri olub: “Hamı bilir ki, ölkədə bəlkə də ən qatı ateistlərdən olmuşam. Fikrimi dəyişdiyimi də demirəm. Amma mənim Əsgərim azad etdiyi Vətən torpağımda azan verirsə, namaz qılırsa, başıma dəysin mənim ateistliyim. Fərqi yoxdur, haqlıdır ya haqsız - əgər din Əsgəri qabağa aparan qüvvədirsə, eşq olsun o Dinə! Əsgərim nə edirsə, düz edir! Heç bir dindar məni dinə hörmətlə yanaşmağa məcbur edə bilməmişdi, amma Əsgərim elədi!!!” Ona görə yox ki, bu adam savadlı insandır və din haqqında bu cür sözlər yazırsa deməli, biz din əhli doğrudan da düz yoldayıq. Həmçinin, ona görə yox ki, bu adam dini tərifləyirsə deməli din şərafətli və haqdır. Əksinə, ateistlərin topunu bir yerə yığsanız, “kainat öz-özünə yaranıb deyən” bu zümrədən ağıllı bir mövqe görə bilməzsiniz. Üstəlik, belələri din haqqında bu cür müsbət fikir bildirirlərsə bu, onlara şərəf və başucalığı gətirir. Nəinki onlar islama, dinə şərəf və başıucalıq gətirir. Ümid də vardır ki, Allah belələrini düz yola hidayət edər.

Bəs nə üçün bu adamın bu cür mövqe bildirməsi dillər əzbəri olub. Şəxsi fikrimə görə, ona görə ki, adam ateist olmaqdan əlavə həm də cəmiyyəti özünün səfeh fikirləri ilə azdırmağa çalışan bir şəxs idi. Bu adam çıxıb milli – mənəvi dəyərləri aşağılayır, müsəlman xalqın mentalitetini pozmağa çalışır, onları şərəfsizliyə dəvət edirdi. Əlbəttə, cəmiyyət də bu cür şərəf və ləyaqətdən uzaq olan fikirlərə sahib olan insanlar haqqında sosial şəbəkələrdə söyüşdən tutmuş təhqirə və tənqidə qədər yazırlar.

İndi bu adam çıxıb deyir ki, əsgəri qabağa aparan, Qarabağa salan dindir. Düz də deyir. Məsələn, deyə bilərdi ki, əgər əsgəri Qarabağa döyüşməyə aparan nursuz Bayramdırsa eşq olsun ekstrasensliyə, əgər əsgəri Qarabağa aparan Fazil Qəzənfərdirsə, eşq olsun Fətullah Gülənə, əgər əsgəri qabağa aparan Nadir Qafarzadədirsə eşq olsun şou-biznesə. Amma bunların heç birini demir. Deməli, etiraf edir ki, vətənpərvərlik imandan irəli gəlir.

Elə din əhli də bu cür tiplərə illərdir bunu başa salmağa çalışır ki, din əsgəri Qarabağa yollayan qüvvədir. Amma təkcə bununla kifayətlənmir. Din, şəhadətə yetmiş şəhidi toplumun oksigeni hesab edən qüvvədir. Din, xalqı bayramlardan, nadirlərdən, fazillərdən – onlar fəsad əhli olduqları üçün – uzaq tutan qüvvədir. Din, ölkədə, bütün dünyada rüşvəti, zülmü, haqsızlığı qadağan edən qüvvədir.


252 بازدید
در حال ارسال اطلاعات...