Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2020

Niyə şəhid olanlar arasında nursuz bayramların adı yoxdur. Hardadır qudurğan məmur balaları?

Artıq bir aya yaxındır ki, Azərbaycan ordusu öz torpaqlarını ala-ala gedir və Allahın lütfü olsa işğal olunmuş bütün torpaqları alacağıq. Yəqin ki, hiss edirsiniz, sanki ökədə İlham Əliyev, Hikmət Hacıyev, Ceyhun Bayramov və Müdafiə Nazirliyinin sözçülərindən başqa heç kim yoxdur. Neçə gündür ancaq bu insanlar televizorda görünür, müsahibə verir, müharibə haqqında məlumat verirlər.

Hə, bir də təbii ki, Allahın lütfü sayəsində düşmən üzərinə yeriyən müzəffər ordumuz və xüsusilə şəhadət məqamına yetişən igidlər tarix yazır.

Bu yerdə sual olunur: haradadır nursuz bayramlar? Haradadır müğənnilər? Niyə şəhid olanların arasında nursuz bayramların adları çəkilmir? Haradadır qudurğan məmur balaları? Haradadır, iki nəfərin ölümünə öz harınlığı ilə səbəb olan – keçmiş “Qaçınkom” sədrinin nəvəsi? Niyə, maşınlarının qabağında əzələ göstərib şəkil çəkdirən o uşaq. Niyə onun adı şəhid olanlar arasında yoxdur? Hardadır, Hacıbala Abutalıbovun vəhhabilərə sponsorluq edən oğlu İsrafil? Hardadır Siyavuş Novruzovun ədalətdə İmam Əliyə (ə) bənzətdiyi oğlu. Niyə gedib ədaləti bərpa etmir? Yoxsa gedib xəbərimiz yoxdur. Haradadır, xalqın millət məclisini qocalar evinə çevirən Hadıların, Bıdıların, Mirləmovların balaları? Hanı dindarlara töhmət vuran Fazil Mustafanın oğlu Ərturan? Yoxsa hamısı qaçıb siçan deşiyinə girib?

Bəs, vuruşanlar, şəhid olanlar kimlərdir? Məsələn, bu günlərdə şəhid olan əziz gizirimizin adı Əmirli Tovfiq Şəmsəddin oğludur. Haqqında deyirlər ki, oruc halında ikən şəhid oldu. Öz əsgərlərinə su götürməyə getmişdi. Öləndə belə su içməyib, deyib ki, ağam Həzrət Abbas kimi şəhid olacağam. Bu gizir də digər şəhid gizirimiz Mübariz kimi tarix yazdı.

Digər şəhidimiz, bu günlərin şəhidi Cəlilabad şəhərinin “İmam Zaman məscidi”nin mərsiyəxanı, dini təhsil üçün İran İslam Respublikasına səfər etmiş Maarif Səfərovdur. Bundan başqa Quran qarisi cəbhəyə yollanıb və yaralanmışdır. Bunlardan əlavə cəbhədə camaat namazı qılan əsgərlərin videolarına rast gəlirik. Əsgərlər var ki, mərsiyə deyir, sinə vurur, Quran tilavət edirlər. Bəli, belə bir iddia etmirik ki, hazırda vuruşanların hər birisi dindar, namaz qılan insanlardır. İçlərində namaz qılmayanları da ola bilər. Amma onları da bu döyüşə cəlb edənlər nursuz bayramlar, samiraldolar, toliklər olmayıb. Onlar Siyavuş Novruzovun oğlundan, Əli Həsənovun nəvəsindən, mirələmovlardan, hadılardan, bıdılardan dərs almayıblar. Onları cəbhəyə aparan vətən sevgisidir. O vətən sevgisi ki, imandandır. Ölkədə dini, dindarı televiziyadan təcrid edib efir məkanını şou-biznes sayəsində telekanalizasiyaya döndərdilər. Çünki bu ağılda idilər ki, dindar bu ölkəni qabağa apara bilməz. Amma görürük ki, efirə doldurulan şou əhlindən əsər-əlamət yoxdur. Ölkəyə ziyan vuracağı nəzərdə tutulan din tələbəsi, Quran qarisi, dindar, mömin, imanlı oğullar vətən yolunda şəhid olurlar.


238 بازدید
در حال ارسال اطلاعات...