Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2020

Peyğəmbər (s) bu yerdə dayanmağı qadağan etmişdir-Foto

Vadi əl-muhəssir (Həsrət vadisi) Məkkə yaxınlığında Mina və Muzdəlifə arasında yerləşir. Vadi ən-nar (Od vadisi) və Vadi əl-məğzub ələyhim (Qəzəbə gəlmiş vadi) kimi də adlanan bu məkan 20 metr enində və 2 km. uzunluğundadır.

Allah Evinin hacıları Peyğəmbəri (s) örnək götürərək bu vadiyə çatdıqda, buradan sürətlə ötüb keçməyə çalışırlar.
Kəbəni dağıtmaq üçün gəlmiş Əbrəhə ordusuna Vadi əl-muhəssirdə Allahın qəzəbi nazil olduğu və Əbabil quşlarının vasitəsilə həlak olduqları üçün bu məkanda dayanmaq qadağan olunmuşdur.
Vadi əl-muhəssir nə Minadan, nə də Məşərdən sayılır. Hacılar Məşərdən keçdikdən sonra Vadi əl-muhəssirə çatırlar, daha sonra Minaya daxil olurlar. Onların bu məkanı bir qədər sürətlə ötməsi, yaxud buraya çatdıqda qaça-qaça ötüb-keçməsi bəynəlilir və burada qalmaları, yaxud dayanmaları icazəli deyil.
Həcc əməlləri kitablarında vurğulanır ki, günəş çıxmazdan qabaq bu vadidən keçmək və Minaya daxil olmaq icazəli deyil.


مکانی که پیامبر(ص) انسان را از توقف در آن نهی کرده است+ تصویر
 
مکانی که پیامبر(ص) انسان را از توقف در آن نهی کرده است+ تصویر



282 بازدید
در حال ارسال اطلاعات...