Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2020

Yalnız vətən xaini vətən şəhidini sevinərək, əl çalaraq dəfn edər

Deyirlər vətənin bu dar günündə Fazil Qəzənfər dövlətə «çox mühüm» məsləhətlərindən birini təqdim edib. O deyib ki, şəhidləri mərsiyə ilə deyil, fitləmək, əl çalmaqla qarşılayıb dəfn etmək lazımdır.
Bunu deyib yoxsa yox, o qədər də mühüm deyil. Mühüm olan budur ki, bu cür xəstə təfəkkürə malik olan insanlar vardır. O kəslər ki, bilməzlik ucbatından indiyədək bu cür edibsə, onlarla işimiz yoxdur. Onlar sadəcə bilməyiblər. Amma o kəslər ki, bilərəkdən mərsiyə və İmam Hüseyn (ə) şüarlarının aradan getməsi naminə bu cür sərsərmləyirsə onlar doğrudan da bədbəxt adamlardır. Çünki fit çalmaq bu kimi hallarda fitə basmaq mənasındadır. Məlum olduğu kimi pis insanı fitə basarlar, həmçinin, əl çalmaq da şadlıq zamanı baş verir. Bütün dünyada əl çalmaq deyilərkən şadlıq insanın ağlına gəlir. İndi hansısa bambılı çıxıb deyir ki, şəhidləri mərsiyə ilə deyil, fit, əl çalmaqla qarşılayın, o adam ancaq vətən xaini olar ki, vətənin dar günündə, vətən şəhidinin dəfnində əl çalıb, şıllaq atıb oynayar.

Bu mövzuya əziz ruhanimiz olan Hacı Əhliman da münasibət bildirərkən demişdir ki, bu kimi işlər şəhidin şəninə və məqamına yaraşmır.

Baxın, şiə ilə hansısa nurçunun fərqi budur. Şiə ruhanisi şəhidə hörmət qoyur, bilir ki, şəhidlər diridir, Allah yanında ruzi yeyirlər, onlara bu cür hörmətsizliklər etmək düzgün deyil. Amma, nurçu mərsiyə və İmam Hüseyn (ə) şüarlarının ziddinə fəaliyyət göstərən zümrələr bu kimi dəyərləri uca tuta bilmirlər.

Burada deyilə bilər ki, axı, bu insan şəhid olub, niyə də sevinərək dəfn edilməsin. Doğrudur, şəhid behişt əhlidir, bu onun ailəsi üçün müjdədir. Bütün dindarlar dua edir ki, Allah onları şəhid qərar verin, Kərbəla şəhidləri ilə məşhur eləsin. Amma, şəhid cənazəsi gələndə ailəsi qəm-qüssəyə düçar olur. O özü də bilir ki, övladı şəhid olub, səadətə nail olub. Həmçinin, ona nə qədər bu barədə moizə edilsə belə, yenə də insanın öz yaxınının əza məclisində ağlaması rəhmətdəndir. O, qəmlidir, ürəyi dağlanıb. Onun bu cür əza məclisində fit çalmaq, əl çalıb sevinmək yaxşı hal deyil. Hətta, şəhidlər sərvəri İmam Hüseyn (ə) şəhid ediləndə də ailəsi onların pak cənazələri üzərində nohə oxuyub mərsiyə deyib sinə vurdular.

Bütün bundan daha mühümü budur ki, mərsiyə əleyhinə danışan insanlar birbaşa fürsəti qənimət bilib şiənin əleyhinə danışan insanlardır. Halbuki həmin şəhidlər İmam Hüseyn (ə) aşiqi olan şəhidlərdir ki, onların şəhadəti İmam Hüseyn (ə) əleyhinə danışan Fazil Qəzənfər kimilərin diri qalmasına vasitə olurlar.


326 بازدید
در حال ارسال اطلاعات...