
“İrandan Ermənistana silah gedir” deyənlərə sillə.
Türkiyənin “A Haber” kanalı İlham Əliyevdən müsahibə alıb. Əslində isə zahirdə təxribat iyi gələn suallar verib. Söhbəti elə aparmaq istəyirlər ki, güya Azərbaycan bütövlükdə Türkiyədən asılıdır. Müsahibəni icmali şəkildə eşidənlər bunu təsdiq edə bilərlər.
Müsahibədə üç nöqtə daha çox diqqət çəkir.
Jurnalist İranla bağlı sual verir, deyir ki, İran Ermənistana silah ötürürmü? İlham Əliyev isə əslində ABŞ-da mərkəzi qərargahı olan, İrandan qaçan türkdilli iranlıların, ölkəmizdə İsrail səfirliyindən tula payı alan media orqanlarının, ABŞ tulasına çevrilən Ali Səudun ölkəmizdəki əlaltıları olan vəhhabilərin ağzının üstünə yağlı sillə yapışdırır: “İrandan Ermənistana silahların göndərilməsi ilə əlaqədar bizdə hər hansı bir məlumat yoxdur. Əksinə, deyə bilərəm ki, İran və Gürcüstan öz hava məkanını və quru yollarını Ermənistana silahların daşınmaması üçün bağladı. Buna görə biz İran və Gürcüstan hökumətlərinə bir daha təşəkkürümüzü bildirmək istəyirik.”
İkincisi, jurnalistin sualına baxın: “Türkiyədən və Pakistandan sizə dəstək mesajları gəlir. Xüsusilə Prezident Rəcəb Tayyib Ərdoğan “Hər cür dəstəyi verməyi hazırıq” dedi. Bu baxımdan Türkiyə və Pakistandan hərbi dəstək istəyəcəksinizmi?” Təəbii ki, İlham Əliyevin cavabı mənfidir. Düzdür, rəsmi məlumatlara Türkiyə və Pakistan Azərbaycana dəstək olub. Amma jurnalistin sualı sanki elə anlaşılır ki, Azərbaycan Ermənistanın qarşısında aciz bir dövlətdir, buna görə də Türkiyədən yardım istəməlidir. Əlbəttə, müsahibədə bir daha jurnalist Türkiyədən baza istəmək, Ərdoğan haqqında təriflər yağdırması mövzusunda İlham Əliyevə psixoloji təsir etməyə çalışır, sual verir və sanki qarşı tərəfi “bəli, sağ olsun, bizim yerimizə Türkiyə döyüşür” deməyə məcbur etmək istəyir.
Üçüncü, məqam isə Türkiyədə xalqın Azərbaycan üçün namazlarda dua etməsi məsələsidir.
Jurnalist deyir ki, Türkiyədə 83 milyon nəfər hər namazdan sonra Azərbaycan üçün dua edir. Bu da bir növ təxribat xarakteridir. Çünki, məlum olduğu kimi bunların baş naziri, Ərdoğanın bir zaman qoymağa yer tapa bilmədiyi Binəli demişdir ki, dünyada şiəliyin yayılması təhlükədir. Həmin şiələr ki, bu gün Azərbaycan ordusunda düşmən əleyhinə vuruşur. Həmin şiələr ki, cəbhədə vuruşan əsgərlərə yardımlar göndərirlər. Həmin şiələr ki, cəbhədə şəhid olur, şəhid olanlar üçün mərsiyə deyib onları dəfn edirlər. Həmin şiələr ki, cəbhədə namaz qılırlar.
Bütün bunları gözü götürməyənlər isə Azərbaycanı təxribata, bütövlükdə isə bütün dünyanı məzhəb qırğınına çəkirlər.