Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2020

Vaxtı bilinməyən atəşkəs və iradəmizi kəsən atəşlər

Yatmış şir, qaçan dovşan, rus ayısı və dağılıb gedən (boz)qurdlar

Təqribən on gün idi ki, işğalçı Ermənistanla Azərbaycan ordusu arasında müharibə gedirdi. Hətta, illərdir, neçə on illərdir ki, Azrbaycan hakimiyyətindən xəyanət görən xalqımız düşünmüşdü ki, daha atəşkəs bitdi, indi düşməni kəsmək lazımdır. Bir yandan da dövlətin yüksək postlarından edilən pafoslu çıxışlar bunu deməyə xalqa əsas vermişdi ki, daha danışıqlar masası bitdi, güc göstərmək vaxtıdır. Hətta bəzi adamlar belə düşünürdü ki, Azərbaycan – illərin yatmış şiri artıq ayılıb, qabağına Ermənistana kömək məqsədiylə çıxan hər bir kəsi – hətta Rusiya belə olsa - basdalayıb keçəcək. Amma, görünən odur ki, Ermənistanı qabağından siçan kimi qaçırdan yatmış şirin qabağına rus ayısı çıxdı, hətta bozqurdlar (güya Türkiyə) artıq səs-səmir çıxara bilmir.

Halbuki Azərbaycanda dövlətin yüksək postları səviyyəsində qəzəbli şəkildə əlimizi stola vurur, “rədd olun gedin torpaqlarımızdan” deyir, bir daha danışıq masası filan olmayacaq kimi pafoslu çıxışlar edirdik. Hətta bu çıxışların dozası o qədər çox idi ki, deyirdik ki, bütün torpaqlarımızı qaytarmasalar biz müharibədən çəkinən deyilik. Bəli, bütün bunlar rus ayısının işə qarışacağı vaxta qədər ola bilir.

Rus ayısı zatən Qərbə meyl edən Paşinyana gözdağı vermək istədi. 10 günlük göz dağı ilə də kifayətləndilər. Bu on gün ərzində Azərbaycan ordusu üçün də fürsət oldu ki, özünü göstərsin.
Daha sonra on gün ərzində öz rəşadətini gösətərən bir orduya yenə yuxarıdan əmr gəldi ki, artıq bəsdir. Rusiya on günlük rəşadəti, pafoslu çıxışları bir neçə saatın içindən məhv elədi.

Düzdür, Azərbaycan yatmış şir olsa da bir daha göstərdi ki, rus ayısı işə qarışdımı geri çəkilir. Çünki Azərbaycanda mövcud olan hakimiyyət daim rusun kölgəsində ayaqda qalan bir hakimiyyətdir. Nəticə də növbəti dəfə andıra qalmış atəşkəs imzalandı. Amma bu dəfə də atəşkəsin nə vaxta qədər davam edəcəyi bilinmir. Bu atəşkəs bizim ordumuzun və xalqımızın iradəsini kəsən bir imzadır. Əgər belə olacaqdısa nə üçün müharibə başlandı, məmurların porsuq balaları gizləndi, yetim-yesiri qabağa verib qanını tökdülər. Yox əgər on gün davam edib sonra atəşkəsə gedilcəkdisə o pafoslu çıxışlar nə idi. Üsətlik həmin pafoslu çıxışların üzərindən heç iki-üç gün keçmədi ki, çıxışlarımızı bizə yağlı tikə kimi yedizdirdilər.

Şəhidləri bu qədər təhqir etmək, xalqın hisləriylə bu cür oynamaq olmaz.


2956 بازدید
در حال ارسال اطلاعات...