Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Oktyabr 2020

Trampın ulduzu üful edir. Batan ulduzun manifesti

Quranın “Ənam” surəsinin 76-cı ayəsində buyurulduğu kimi Həzrət İbrahim (ə) ulduza baxıb deyir ki, bu mənim rəbbimdir. O zaman ki, ulduz batdı, dedi ki, mən batanları sevmirəm. İbrahim (ə) peyğəmbər oradakı bədbəxtlərə başa salmaq istəyirdi ki, batan, itən, puç olan şeydən rəbb olmaz.
Bu gün də xeyirlə şər davam etməkdədir. Günün fironları, nəmrudları, yezidlərindən biri böyük şeytan ABŞ-dır.

ABŞ-ın fironluq sevdasına düşmüş prezidenti Tramp haqqında deyirlər ki, koronaya yoluxub. Ola bilər artistlik edir. Axı, o aktyordur, “Uşaq evdə tək” filmində epizodik rol alıb. Bu cür bir adam –ağıllı, yoxsa dəli olduğu məlum olmayan – bir artist gəlib zahirdə qüdrətli bir ölkəyə başçı olub. Amma adamın ağlı yoxdur. Ya da özünü ağılsızlığa vurmaqla hiyləgərlik edir.

Belə ki, ABŞ-da prezident seçkiləri yaxınlaşır. Rəqibi deyib ki, prezident olsa Trampın səhvlərini təkrarlamayacaq, İranla olan nüvə məsələsini əvvəlki halına gətirəcək. Tramp isə İran tərəfindən Amerika bazaları vurulandan sonra çox vətəndaşın gözündən düşdü. Çünki ABŞ xalqı bilir ki, İranla oyun oynamaq olmaz. Bir xalq ki, sənə “böyük şeytan” deyir, “Amerika heç bir qələt edə bilməz”, “Amerikanı tapdalayarıq” deyir, deməli bu xalqla zarafat etmək olmaz. Sən fironsansa, o da Həzrət İbrahimin (ə) hənif və tovhid dininin mücahdiləridir. Bununla da Tramp özünü artistliyə vurur, beləliklə də vaxt qazanmağa çalışır. 

Doğrudur, ölüm-itim Allahın əlindədir. Ola bilər Tramp sağalsın və sapa-sağlam kimsə virusa yoluxub ölsün. Hər işdə Allahın bir hikməti vardır. Amma Tramp zatən koronadan ölməsə də xeyri yoxdur. Çünki özü koronadan daha pis virusdur.

“Ulduz” demişkən, Amerikada Hollivudda bir qələt edib Trampın da ulduzunu qoymuşdular. Bu yaxınlarda kimsə gəlib Trampın ulduzunu ayağının altına qoyub. Xəsarət alan ulduzun xərci beş milyon dollar qiymətindədir. İndi həmin adamı axtarırlar. Kim bilir, bəlkə həmin adamı tapsalar ABŞ xalqı onun ayaqqabısını beş yox, beş yüz milyon dollara alacaq. Alnından öpüb deycəklər ki, yaxşı iş görmüsən, halaldır sənə.


204 بازدید
در حال ارسال اطلاعات...