Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Sentyabr 2020

Göyçay hadisələri və yeni Yunislərin zühuru

Fransada olduğu kimi dini təhqir edənlər yetişir...

Göyçayda Aşura günü ehsan paylamaq istəyən insanlara, inanc əhlinə üzlərində maska olan, silah-sursatları olan polislər mane olublar. Daha sonra insanları dağıtmaqla kifayətlənməyiblər, onları evlərindən çağırtdırıb vəhşicəsinə döyüblər.

Bu kimi məqamlarda yada Yunis Səfərov düşür. Həmin Yunis ki, Gəncədə at oynadan, zəmanəsinin İbn Ziyadı olan icra başçısını qanına qəltan elədi. Bu icra başçıları hətta vətəndaşlardan əlavə dövlət adamlarının da dediyi kimi İmam Hüseyn (ə) məclislərinə girib camaatı təhqir edir, məclisləri dağıdırdı.
Dövlət Təhlükəsiz Xidməti regionları gəzir, güya rüşvətxorları, silahlı dəstləri tuturlar. Bunları bir dəfə də bu cür hallarda inanclı vətəndaşları incidən alçaq, imansız, dinsiz insanların üzərinə göndərmək lazımdır.
Bu alçaq adamlar indi rüşvət alıb yuxarılara çatdırmasaydı çoxdan DTX quş kimi onların “obyektlərinə” qonacaq, bir-bir hamısını dənləyəcəkdi. Amma incidilən şəxs dindar olduğu üçün kimsənin səsi çıxmır. Ancaq dindardan başqa.

Sonra deyirlər ki, niyə dindarda dövlətə sədaqət yoxdur. Baxın, bu cür hallarda dindarlara yiyə durmayan dövlətin icra başçılarını dindarlar cəzalandırmağa qalxır. Sonra da inciyirlər, deyirlər ki, dindarlar terrorçudur, İrana işləyirlər, İran burda Hizbullah yaratmaq istəyir.

Bu kimi özbaşınalıqlara dövlət bir tədbir görməlidir. Görməycəyi halda dindarlar özləri bu cür alçaqları özlərinin bildikləri metodlar üzrə cəzalandırmağa qalxırlar. Deməli, belə çıxır ki, məmurla, icra başçısı ilə bacara bilməyən dövlət özü belə şərait yaradır ki, dindarlar ayağa qalxsın və bu cür alçaqları özləri cəzalandırsınlar.

Baxın, bu günlərdə Fransada İslamı təhqir etdilər. İnsanlar, dünyanın hər yerində islamçılar ayağa qalxdı. Həmin vəziyyəti Azərbaycanda da yaratmağa çalışırlar. Çünki bir o qədər də fərq eləmir. Bu gün islamçılara uzanan əllər, sabah – Allah göstərmsin – İslamın təhqir edilməsinə, karikaturaya, təhqirə uzanacaq. Buna görə də dövlət yeni Yunislərin zühurunu istəmirsə inanclıya sahib çıxmalıdır. Hər iki hala etiraz edir, zalımları, alçaqları, mənəviyyatsız insanları şiddətlə qınayırıq.


213 بازدید
در حال ارسال اطلاعات...