Siyavuşun belindən Müaviyə kimi insanlar gələ bilər.
YAP yaltağı, GÖZƏGİRƏN Siyaquş Novruzov haqqında deyirlər ki, artıq otağını boşaldır, rədd olub getmək üzrədir. Bu alçaqlar o qədər məzlum insanların haqqını alıblar ki, bu dünyada, Azərbaycanda xalq bunları layiq olduqları zibil qutularına salmasa da, tarix bunlara layiqli qiymət verəcək, yəni tarixin zibilliklərinə gömüləcəklər. O dünyada da təbii ki, cəhənnəmdə əgər zibillik varsa oranın zibilliyinə atılacaqlar. Ya da ən azından özləri zibilə və ya yanar oduna çevriləcəklər.
Əlqərəz, Siyaquş təkcə yaltaqlığı, kobudluğu, tərbiyəsizliyi, ədalətsizliyi ilə tanınmayıb. O, həm də Yap alkaqoliklərindən biri kimi şöhrət tapıb. Biz təbii ki, mediyada oxuduğumuzu deyirik, yoxsa can onun cəhənnəm Allahın.
Yadınızdadırsa bir müddət əvvəl adam taxta və saxta medallarını haram yeməkdən balkon kimi qabağa çıxan qarnına vurub Heydər Əliyevin heykəlini ziyarətə getmişdi. Ordan müsahibə verəndə yerində dayana bilməməsi, aşması da bariz şəkildə görünürdü. Sonra dedilər, yazdılar ki, bəs Siyaquş Novruzov həmin vaxt lül-piyan olubmuş. Düzdür, o gün qusub qaytarıb eləməmişdi. Amma elə o zamandan söz gəzirdi ki, Siyaquşun bu gündən etibarən qan qusduğu, qaytarıldığı günlər başlayacaqdır. Elə də oldu.
Deməli, bu axmaq insan yəqin ki, özündə yaxşı yaltaqlanmaq üçün güc toplamaq naminə içmişdi. Yenə də deyirik ki, can onun cəhəhnnəm Allahın. Biz sadəcə bu cür oxumuş, eşitmişik. Amma adam anlamadı ki, şeytan nəcisi olan arağın – el məsəlində deyildiyi kimi – yıxmadığı ev yoxdur. Elə Siyaquşun da evini içki yıxdı. Yeri gəlmişkən, YAP-dan qabaq hakimiyyətdə olan komandanın da evini elə araq yıxmışdı.
Nə isə, Siyaquş araq içib yerini möhkəmlətmək istədi, amma araq ona yerini göstərdi. Belə ki, Ramiz Mehdiyevin nəvəsinin toyunda “zəhərlənməsi” onun GÖZƏGİRƏNLİK kariyerasına son qoydu. Ora da çox güman ki, araq zıqqımlanmaq üçün getmişdi.
Hələ bu cür murdar insanlar utanmırlar, çıxıb deyirlər ki, mənim oğlum İmam Əli (ə) kimi ədalətli insandır. Sənin oğlun yox ha, sənin qan qohumluğu olaraq və siyastdə yeddi arxa dönənin gəlsə İmam Əlinin (ə) atılan dırnağı olmaz. Həyasız adam hələ bir çıxıb murdar ağzına İmam Əlinin (ə) adını alır. Sizin kimi haram yeyən, xalqın puluyla evinə, ailəsinə çörək, paltar aparan nadürüst adamların belindən ancaq Müaviyə kimi məlun insanlar gələr.
Pak insanlar da gəlsə sizin haramdan qurduğunuz səltəntinizi başınıza yıxmaq üçün gələ bilər. Allah böyükdür, hikməti sual edilməz.