Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Avqust 2020

Qəlbləriylə sionist İsrailin, dilləriylə İlham Əliyevin yanında olan ikiüzlülər

Saytlarında birində çıxan bir xəbərdə belə deyilir: “Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidentini və qardaş İran xalqını müqəddəs Qurban bayramı ilə əlaqədar təbrik edib, firavanlıq arzulayıb. Prezident İlham Əliyev və Prezident Həsən Ruhani ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildiriblər. Söhbət zamanı “Şimal-Cənub” nəqliyyat dəhlizinin icrası ilə bağlı məsələlər də müzakirə edilib. Hər iki tərəf bu layihənin strateji əhəmiyyətə malik olduğunu vurğulayaraq bu sahədə həyata keçirilən tədbirlərə yüksək qiymət verdi, görüləcək işlər barədə fikir mübadiləsi aparıblar.” Xəbəri dərc edən sayt hansı sayt olsa yaxşıdır? Sionist İsrailin ölkəmizdəki təsir agentlərindən biri olan Publika saytı.

Deməli, bu sayt və onun tayı olan digər media qurumlarının ikiüzlülüyünə baxın; Bütün günü İrana, şiəyə, ərbəinə hürən bu məxluqlar özlərini güya dövlətin, İlham Əliyevin yanında ağıllı aparmağa başlayıblar. İran haqqında bütün günü ağzına gələni danışanlar, İranda güya azərilərə zülm edildiyini aləmə car çəkənlərin təbii ki, Azərbaycandakı zülmlərə göz yummaları bir yana üstəlik İlham Əliyevin onlara barmaq sirkələyib göz ağartmasından da it kimi qorxurlar. Ona görə də İlham Əliyevin yanında quzu balasına dönür, İrana nəsə deyə bilmirlər.

İlham Əliyev isə türkiyəli həmkarı Ərdoğan kimi Həsən Ruhani ilə qardaş kimi keçinib gedirlər. Bu is o deməkdir ki, Azərbaycan, Türkiyə və İranla dostdur. Heç də fars (İran) türkün düşməni deyil. Əksinə, birgə əməkdaşlıq edirlər.

Adı çəkilən saytlar isə İlham Əliyevin olmadığı yerdə bütün günü İranın qeybətini edir, Həsən Ruhaninin dalısınca danışırlar. Çünki bu saytları idarə edən məxluqlar, təsir agentləri əslində qəlbləriylə sionist İsrailin yanında yer alıblar, sadəcə dildə, işləri ölkədə keçsin, hakimiyyət tərəfindən sıxışdırılmadıqca sionist səfirliyinə işləyib onlardan yal alsınlar deyə də bir-iki dənə İran – Azərbaycan əməkdaşlığından yanıb-yaxıla-yaxıla xəbər dərc edirlər. Qoy desinlər ki, bunlar vətənpərvər, dövlətçi, prezidentə sadiq insanlardır. Amma öləsiniz də şiənin sionistlər qarşısında əziləcəyini görməyəcəksiz.


602 بازدید
در حال ارسال اطلاعات...