Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyul 2020

Bir xalqın Elçin Mirzəbəyli kimi şairi düzəlsə cəmiyyət də...

Azərbaycan nadir ölkələrdən, bəlkə də yeganə ölkədir ki, burada hətta hakimiyyətə yaltaqlananlar da istər-istəməz hakimiyyəti tənqid etməli olur. Bəlkə də tənqid bu xalqın qanında var, bilmirəm. Doğrusunu Allah bilir.

Deməli, hakimiyyətə öz yalaqlığı ilə tanınan, bütün günü şiə dövləti olan İran əleyhinə İsrail agenturası olan “axar” saytında hədyanlar danışan Elçin Mirzəbəyli bu dəfə polislərə yalaqlıq etməyib başlayıb. Saytda çıxan məqaləsində deyir ki, biz ideal cəmiyyət formalaşdıranda polis də güya ideal olacaq. İndi deyərsiniz ki, polisə yalaqlanmır ki, əksinə tənqid edir. Düzdür, tənqid edir, amma günahı cəmiyyətdə görür. Təbii ki, heç də səmimi deyil. Bu cümləsindən səmimi olmadığı açıq-aydın görünür: “Bu üz öz klassik görünüşünü və mahiyyətini itirsə, bundan daha çox adam oğruları, quldurlar, qatillər, terrorçular, dövlətə, millətə silah qaldırmağa hazır olan xainlər, kəsəsi, rahat həyatımızı hər an alt-üst etmək üçün məqam gözləyən potensial cinayətkarlar sevinəcəklər.” Deməli, quldurlar, qatillər, terrorçular millətə silah qaldırmalı olacaq. Görün bu adam hansı xislətə malikdir ki, bir polisə, dolayısı ilə hakimiyyətə GÖZƏGİRƏNLİK etmək üçün bir dəqiqədə xalqı terrorçu, xain çıxartdı. Təki saytda məqalən getsin və sənin GÖZGİRƏNLİYİN alqışlansın. Başqa hər şey boşdur.

Məxluq elə danışır ki, sanki aksiyalara azad, dinc şəkildə gələn etirazçılar bellərinə tapanca qoyub gəlir, ya da ən azından əllərində lapatka, lom durub aksiyaya gəlib polisin gözünə soxurlar. Başqa bir şey deyə bilərik. Baxın görün DTX rüşvətxor, cinayətkar, xain məmurları necə izzətlə tutub aparır, bir də görün polislər vətəndaşı günahı olmadığı halda evindən çılpaq aparır, ona və ərinə dovşan deyir, başına qapaz vurur, dörd-beş namərd tökülüb bir insanı, özü də əliyalın insanı təpikləyir. Erməni qabağında dovşan olan polislər əliyalın insanlara əl qaldırır. Başqa bir nümunə deyim, bu polis necə xalqı qoruyur ki, yaramaz hakimiyyətin bir qara qəpiyə dəyməyən siyasəti sayəsində sayı gündən günə çoxalan narkomanlar azad şəkildə gəzir, narkobaronluq edirlər, dövlətin də hamısından xəbəri var. Məgər bu gəncləri zəhərləyən bu hakimiyyət və onun polisi deyilmi? Zatən bu xalq polisə terrorçu, it kimi baxır, onu adam yerinə qoymur.
Başqa bir nümunə isə elə Elçinin öz sözündəndir: deyir ki, biz ideal cəmiyyət formalaşdıranda...

Deməli, etiraf edir ki, yaramaz bir hakimiyyətin əlində əsir olan xalq nəinki ideal heç normal cəmiyyət də formalaşdıra bilməyəcək. Bu cəmiyyət anormaldırsa bir yandan hakimiyyətin günahıdır, bir yandan da Elçin kimi əldəqayırma şairciklərin. Sən xalqın dərdindən yazmaq əvəzinə İran əleyhin danışanda, ölkəmzidəki türkləri (vətəndaşları) bir polis üzündən “neprav” çıxarıb İran türklərinin dərdinə “şərik olsan” əlbəttə ki, cəmiyyətimiz anormal olaraq həyatına davam edəcək. Sizin kimi əldəqayırma şairciklər düzəlsə xalq da düzələcək.


2754 بازدید
در حال ارسال اطلاعات...