Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2020

Fazil+ab düz deyir, o varkən polisə niyə zibil atırlar ki?

Sosial şəbəkələrdə, saytlarda polislərə Yasamal rayonunda binaların eyvanlarından zibil atanların, daha sonra onları evlərindən aparan polislərin söz-söhbəti geniş yayılmaqdadır. Bəli, əvvəlcə deyək ki, polislər özlərinə qədim zamanlardan bu günə qədər verilən it adını hər dəfəsində doğrultmağa çalışırlar. Bunlar açıqca deyir ki, bəli, biz erməninin yanında qorxuruq. Qoy ermənidən bizi 17-18 yaşlı əsgərlər qorusun, biz buğa boyda olaq, gedək ancaq gücümüzü əliyalın camaata göstərək, onların üstünə tökülüşək, beş-beş, on-on üstünə düşüb əl-qolunu buraq, maşına basaq, müqavimət göstərsələr döyək, yumruqlayaq...

Bu, polislərin alçaqlığı, qorxaqlığı və nakişiliyi barədə. Bunlar ermənidən elə onlara deyildiyi kimi it kimi qorxub Bakıda əliyalın camaata güc göstərən debillərdir.

Bundan başqa artıq sosial şəbəkələrdə Fazil+ab kimi ad çıxartmış, hər dəfə danışanda telekanalizasiya şouçularından da betər üfunət iyi verən Qəzənfəroğlu da deyib ki, biz müharibə şəraitində yaşayırıq, müharibə şəraitində polisə zibil atmaq ona nə bilim qumbara atmaq, güllə atmaq kimi bir şeydir.
Bir mənada düz deyir, Fazilab kimilər qala-qala polisə niyə zibil atıblar, burası qaranlıqdır.

Fazilabın üfunətli çıxışını sona qədər oxumadım. Elə xəbəri açan kimi sanki kanalizasiyanın (farsca fazilab) “lukunu” açırammış kimi nəcasət iyi aləmi bürüdü. Tez bağladım. Amma bir-iki şey gözümə dəydi. Məsələn bu zillət vəkili deyir ki, sanki müharibə vəziyyətidir... Düz deyir, bütün günü Fazilab kimi zillət vəkilləri sirkin binasından daha çox səngərdə olur axı... Bunun kimi Elman Nəsirov də var, sirkdə dik-dik oturmaqla Paşinyanı Şuşada əyilə-əyilə “Şuşanın dağları başı dumandır” mahnısının sədaları altında rumka döyüşdürməyə məcbur edən oğlandır. Bunun kimi sirkdə bir Hadı Rəcəbli də var, günortadan sonra gedib Xankəndində vuruşur...

Hələ Fazilaba baxın, düz deyir, müharibə şəraitində yaşayır da... Bütün günü xalqın dini dəyərlərini, şiəliyi, ziyarətgahları təhqir edir, xalqla vuruşur. Bundan yaxşı müharibə?

Hələ görün sonra nə deyir: “Araşdırmaq üçün bu insanlardan müəyyən ifadələr alınacaq, kimin ki günahı yoxdur, onlar buraxılacaq.” Fazilab müəllim bilinmir zillət vəkilidir, yoxsa polis vəkili... Bir də deyir ki, sən onun üstünə bilərəkdən zibil atırsansa, bunun adı nədir? Mədəniyyətsizlikdən əlavə bu təxribatdır. Baxın, Fazilab müəllim kimi zillət vəkillərinin ucbatından ölkəmiz anormal ölkələr siyahısına rəhbərlik edir, yoxsa bu sözü düz-əməlli ölkədə Fazilab müəllim desəydi mədəniyyət verməsə də, ən azından Mədəniyyət Nazirliyi istefa verməli idi. İlahi görün kim mədəniyytdən və təxribatdan danışır. Məhərrəm ayında, Ramazan bayramında öz abırsızlığını daim nümayiş etdirən, şiə-sünnü söhbəti salan bu FETÖ törəməsi Fazilab durub polisin başına zibil atanlara mədəniyyətdən danışır.

Bir daha deyirik ki, bir mənada düz deyir, gərək o zibilləri cəmləyib Fazilabın başına atardılar.
Bilirəm, Fazilabdan danışdığımız üçün burnunuzu tuta-tuta bu yazını oxuyursunuz, daha çox əziyyət verməmək üçün davam etmirik. Zatən əvvəldə dediyimiz kimi üfunət iyi verdiyi üçün “lukun” ağzını tez bağladıq, başqa nə qələtlər edibsə xəbərimiz yoxdur.


3090 بازدید
در حال ارسال اطلاعات...