Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2020

Tramp qaradərililərin azadlığını ABŞ-da boğur, Azərbaycanda isə üzüqaralara haqq qazandırır

Neçə gündür ABŞ-da binalar yandırılır, dağıdılır, insanlar etiraz edir, hətta böyük şeytanın bayrağına od vururb meydanlarda yandırıblar. Böyük şeytan yarandığı gündən qaradərililər bu ölkədə incidilir, təzyiqlərə məruz qalırlar. İnternet portallarını təqib etsəniz görərsiniz ki, ABŞ polisinin qaradəriliyə atəş açması su içməkdən daha asan bir işə çevrilib. Amma bunun paralelində böyük şeytan nə edir? Dünyaya demokratiya dərsi keçməyə çalışır. Özünü elə aparır ki, sanki heç qaradərililərə polislər tərəfindən atəş açmaq əmri bu ölkədə verilməyib. Bu dəfə də deyilənlərdən belə məlum olur ki, dəli kimi ad çıxaran Tramp yenə qaradərililərə atəş açmaq əmrini verdi.

Baxın, dünya heç də elə düşünməsin ki, ABŞ öz ölkəsində necə lazımdırsa demokratiya yaradıb. Çünki bir sıra avam insanlar bir zamanlar elə bilirdi ki, ABŞ demokratiya üçün yaradılıb. Halbuki yarandığı andan əvvəllər öz qonşularına, eyni qitədə yaşayan dövlətlərə, xalqlara savaş açan böyük şeytan sonradan daha da qudurub okeanın bu tərəfinə keçdi və bacardıqca çapıb-talamağa başladı. Nəhayət bu ölkənin yalançı demokrat olduğu meydana çıxdı. Buna yəqin edən xalqlar yenə də elə düşünürdü ki, ABŞ ölkələrlə, başqa xalqlarla yola getməsə də öz ölkəsində 100 faiz demokratiya yarada bilib. Təbii ki, nüfuzunu bütün dünyada itirmiş ABŞ əlinin altında olan internet resursları sayəsində bu fikri yaymağa çalışırdı. Amma qaradərililərin problemi hər zaman göstərib ki, ABŞ hökümətləri sadəcə xalqlara və öz millətinə yalandan demokratiya dərsi keçibmiş?

ABŞ-ın bütün dünyada rəzil bir vəziyyətə düşməsində İranın rolu danılmazdır. İran rəhbərliyi dəfələrlə bəyan edib, ABŞ-ın terror dövləti olduğunu bütün düyaya çatdırıb.
Yəqin ki, Amerikada qaradərililərə əziyyət etdikləri günlərdə sosial şəbəkələrdə bir din aliminin, İranda yaşayan yüksək rütbəli təqlid mərcəsinin bir mərasimdə iranlı olmayan bir qaradərili tələbənin əlini öpdüyünü göstərən şəkillərin yayılmasını gördünüz. Baxın, okeanın o tayında ABŞ öz vətəndaşına qaradərili olduğu üçün atəş açır, İranda isə yüksək rütbəli, prezidentdən də daha çox hörmətli olan bir təqlid mərcəsi başına əmmamə qoyduğu qaradərili bir tələbənin əlini opür.

Hacı Fariz adlı şəxsin şəkli.

Çünki İslam belə əmr edir. İslam dini, müqəddəs kitabımız Quran buyurur ki, biz sizi bir-birinizi tanıyasınız deyə xalqlara böldük. Allah yanında ən hörmətli insan isə Allaha daha çox təqvalı olan insandır.
Amerikanın başqa bir qəribəliyi, paradokslu hərəkəti də budur ki, öz ölkəsində normal yaşayan insanları döyür, əziyyət edir, onlara rahatlıqla atəş açsın deyə polisə əmr verir, amma hansısa müsəlman ölkəsində, təqvaya dəvət edən Quran əhlinin yaşadığı Azərbaycanda təqvaya səbəb olan oruc ibadətinin vacib edildiyi mübarək Ramazan ayında əxlaqsızların legitimliyini özünü müxalifət adlandıran insanların əliylə təmin etmək istəyir. Baxın, öz ölkəsində hansısa bir əxlaqlı insana atəş açan ABŞ höküməti, Azərbaycanda əxlaqsız bir zümrəni “onlar da insandır, onların da haqları var, təmin edilməlidir” deməklə İmam Hüseyn (ə) ölkəsi olan ölkəmizdə əxlaqsızlığı yaymağa çalışır. Bunun adını nə qoyasan.

Nə qədər gec deyil, özünü ana müxalifət adlandıranlar böyük şeytanların vəsvəsələrinə uymamalı, çirkin işlərdən tez bir zamanda əl çəkməlidir.




1308 بازدید
در حال ارسال اطلاعات...