
Keçən dəfə götürüb Kotlet Siyaquşun videosunu paylaşıb yazıblar ki, içkili halda gedib Heydər Əliyevin məzarı önündə lül-piyan halda quş buraxıb. Niyə lül-piyan halda? Güya indi bu ayıq olanda quşlamır. Adam zatən başdan ayağa quş buraxanın biridir.
Bundan əvvəl İlham Əliyevə qarşı quşladığını demişdik. O, icra başçılarını nəzərdə tutaraq demişdi ki, xalqın içinə çıxmırlarsa gedib evdə otursunlar. Biz də yazdıq ki, bu söz hamıdan öncə İlham Əliyevə dəyir, çünki o da xalqın içinə çıxmır.
Bu dəfə də Siyaquş İlham Əliyevə qarşı quşlayıb. O belə deyir: “İcra Hakimiyyətinin başçıları həbs olunan rayonlarda hüquq-mühafizə orqanları da məsuliyyət daşıyır. Çünki onlar rayonlarda baş verən qanunsuzluqlarla bağlı məlumatı vaxtında yuxarıdakı aidiyyəti qurumlara və ölkə başçısına yazıb hesabat verməli idilər. Əgər vaxtında belə hesabatlar və məlumatlar ölkə başçısına daxil olsaydı, vəziyyət bu həddə çatmazdı. Ona görə də hesab edirəm ki, bu işdə həmin rayonların hüquq-mühafizə orqanlarının rəhbərləri də məsuliyyət daşıyırlar. Odur ki, icra başçıları ilə yanaşı, onlar da məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır.” Bu sözlər hamıdan əvvəl İlham Əliyevə dəyən sözlərdir. Çünki ölkədə hüquqsuzluq olduğu üçün Siyaquş hüquq-mühafizə orqanlarını tənqid edir. Ölkədə hüquqsuzluq baş alıb gedirsə bunun birinci baiskarı İlham Əliyevdir. Çünki odur icra başçılarını təyin edən. Təyin edəndən sonra qudurdan. Həmin hüquq-mühafizə orqanları da digərləri kimi elə Əliyevin diktəsiylə oturub dururlar. Onlara əmr gəlməlidir ki, işə keçsinlər. Əmr verən isə icra başçılarını qudurdub xalqın başına mindirən adamlardır. İkincisi də ki, əgər hüquqsuzluğa görə ortada kimsə həbs edilməlidirsə gərək Əliyev də həbs edilsin. Çünki hüquqsuzluq sahəsində nə qədər yuxarı getsən sonda prezident də hüquqsuzluğa zəmin yaratdığı üçün günahkardır.
Siz elə bilirsiniz ki, İlham Əliyevin xalqa canı yanır deyə icra başçılarını çıxarır? Əsla. Ona görə başçıları çıxarır və həbs etdirir ki, bu başçılar akula məmurlar tərəfindən təyin edilən adamlardır. Akulaların savaşı zamanı qoz bu cür kilkə balıqların başında partlayır. İkinci ehtimal da budur ki, İlham Əliyevə, rejimə layiqincə xidmət edə bilmədikləri üçün Əliyev onları dənləyir.
Onu da deyək ki, Siyaquş hər fürsətdə Əliyevin GÖZÜNƏ GİRDİYİ üçün yenə onu söhbətində “süddən çıxmış ağ qaşıq” kimi öyməyə çalışır. Yəni, güya Əliyevin xəbəri yoxdur, orqanlara da ona deməyiblər. Xəbəri yoxdursa çıxıb evdə otursun, qoy xəbərdar insanlar ölkəni idarə eləsin. Özü də XXI əsrdə “xəbərim yox idi” sözünə kimsə inanmaz. Xəbər vermirlər, açıb yutub kanalını, sosial şəbəkələri, müxalifət kanallarını izləsin.