Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2020

Hakimiyyət milyardları israf edir, “ziyalılar”ımızı yas məclislərinin ehsan süfrələri öldürür

Zillət vəkili Fazilab “bir dəli quyuya daş atdı...” misalındakı dəli olmağı çoxdan boynuna götürüb, məsələ burasındadır ki, ağıllılar, ziyalılar durub onun fikrlərinə dəstək verirlər. Nə imiş qardaş məsələ? Heç nə, yas süfrələrində ehsanlar israfçılıq imiş. Əə, bir dəfə də toylardakı israfçılıqdan danışın da. Niyə ancaq gözünüzə yas məclisləri girir?

Biz də israfçılığın tərəfdarı deyilik, amma Fazilab bu məsələni şiə düşməni olduğu üçün qabardır. O, istəyir Azərbaycanda məclislər vəhabi məclislərinə oxşasın. Sabah çıxıb deyəcək ki, Quranı niyə molla oxuyur ki, heç mollaya pul verib məclisə çağırmaq lazım deyil. Hər kəs gedib Quran oxumağı öyrənib özü oxusun. Öyrənib oxusun, kim istəməz? Amma İmam Əli (ə) demişkən, bu xəvaricin (dindən çıxmış) sözü haqdır, doğrudur, amma istəkləri batildir. Üstə gəl metodları da batildir. 

Kiməsə Quran öyrətmək istəyirsinizsə niyə bunu yasda mollanı görəndə yadınıza düşür. Ona görə istəyirlər ki, o yas məclislərində imamlardan (ə) hədis əvəzinə Əbubəkri, Yezidi tərifləsinlər. Onu öləsiniz də görməyəcəksiniz.

Yas məclisində israfçılığa görə özlərini lezvalayan dırnaqarası ziyalılara – başda (hərçənd o başda olmağa layiq deyil) Fazilab olmaq şərtiylə - çatdırmaq istərdik ki, belə xalqı, israfçılığı düşünən olmusunuzsa durun bir dəfə milyardlarınızı göyə sovuran, atasına “Gül bayramı” keçirən, hər şəhərdə, rayonda atasının parkını açıb heykəlini qoyan, nefti məmurları ilə birlikdə oğurlayan, nəslinə biznes açan, xaricdə villalar ucaldan, xarici hesbalarda xalqdan oğurladığı pulları saxlayan Əliyevə və onun oğru, vicdansız məmurlarına bir dəfə söz deyin. Nooldu elə öldüyünüz-qaldığınız yas məclislərindəki ehsan süfrələridir?! Ona görə də sizi cəmiyyətdə ziyalı hesab eləmirlər. Çünki ziya deyilən şey yoxdur sizdə.


3569 بازدید
در حال ارسال اطلاعات...