Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2020

Bu ağılın sahibi İlham Əliyev koronaya necə qalib gəlib?

Biz dəfələrlə yazıb bildirmişik ki, İlham Əliyev nəinki koronanın, heç adicə dənizdə, buruqda yanğın baş verəndə onun qabağını belə ala bilmir. Əslində alçaq məmurlardan ibarət bir komandanı və zillət vəkillərini başına yığmasa, yeyib talamasalar, yaltağı, GÖZƏGİRƏNİ ətrafına cəmləməsə nəsə edə bilərlər. Çünki Azərbaycan varlı, pullu dövlətdir, neft və təbii sərvətlər ölkəsidir. Amma bir xalq üçün bir başçı iş görmək istəsə görə biləcək, görmək istəməs nə qədər sərvəti olur olsun fərqi yoxdur. Bütün sərvətləri akula olub özləri udacaqlar. Azərbaycandasa dəfələrlə sübut olunub, bu, bir izaha, sübuta ehtiyacsız olan aksiomdur ki, hakimiyyət ölkədə xalqa baxmır. Ona görə də Allah daha çox rəhm eləyib, Azərbaycanı bütövlükdə koronairusunun və bir quldur dəstəsini qucağına atmayıb.
Hələ bizə inanmayanlara misal olaraq ABŞ-ı da qeyd etdik. Dedik ki, bizə inanmırsınızsa heç olmasa ABŞ-a inanın. Yəni, ABŞ-ın bacarmadığı işi Əlyevin bacarması nağılına inanırsınızsa bu nağılın sonunda göydən üç alma əvəzinə başınıza üç daş düşmürsə bu, Allahın koronadan sonra sizə olan ikinci ən böyük lüfüdür.

Gəlin, sizə başqa bir sübut deyək. Heç uzağa, okeanın o tayına, ABŞ-a getməyək, elə öz ölkəmizdən deyək. Deməli, dəfələrlə şikayət edənlərdən eşidirik ki, deyirlər ki, bizi evdə dustaq ediblər ki, virus var, bayıra çıxmayın. Amma 190 manat pulu da vermirlər. Gülməlisi budur ki, deyirlər ki, sizə pul düşmür. Niyə a bala? Çünki korona olmasaydı sizin işiniz var idi. İşi olanlara 190 manat düşmür. Deyirlər ki, onda icazə verin gedib işləyək, deyirlər ki, yox, virus var, karantin saatıdır. Yəni, ya çıx bayıra öl, ya da onsuz da evdə acından öləcəksən. İndi bu cür ağılın, siyasətin sahibi olan Əliyevin koronanı məğlub etməsini GÖZƏGİRƏNLRİN düşünməsi adamı təəccübləndirmir. Çünki hər sezonda, hər hadisə baş verəndə GÖZƏGİRƏNLƏRİN GÖZƏ GİRMƏLƏRİ təzə və yeni olmalıdır.


880 بازدید
در حال ارسال اطلاعات...