Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Aprel 2020

İlham Əliyev ona maraqlı olmayan məsələyə saatlarla vaxt sərf edir

İlham Əliyev bu basabasda, koronanın insanları öldürdüyü bir vaxtda iclas təşkil edib, montaj-video-manitor vasitəsiylə öz nökərləri olan məmurları başına toplayıb başlayıb onları təlimatlandırmağa. Sözarası Avropa Şurası İlham Əliyevi heçə sayıb ermənilərin seçkilərində iştirak etdiyi üçün də başlayıb onları danlamağa.
O deyir ki, Avropa Şurası Azərbaycan xalqını nəzərə almalıdır. Bəs sən nəzərə almayandan sonra Avropa necə nəzərə alsın? Bunu elə qayıdıb sənə də deyə bilərlər. Özü də burda Azərbaycan xalqına görə etməyiblər, sırf Əliyevin özünə ilişiblər.

Maraqlısı da budur ki, Əliyev bu sözləri kimə güvənərək deyir? Axı Avropanın ən gücsüz, zəif dövlətinə belə Əliyev dil uzatsa Avropa bir olub onun dilinə kəsər. Burda o, kiməsə güvənir. Təbii ki, güvəndiyi dövlət Rusiyadır. Ruslar demişkən, “prosto” özünü elə aparır ki, güya heç bu, heç kimdən qorxmur, Avropa bunun vecinə deyil. Rusiyada ki, məlum olduğu kimi Qarabağın açarını əlində saxlayan dövlətdir. Elə İlham Əliyevi də hazırda Azərbaycanda saxlayan Rusiyadır.

Bundan daha gülməlisi budur ki, Əliyev deyir ki, bunların fikirləri mənim üçün önəmli deyil. Amma önəmli hesab etmədiyi məsələdən ötrü ətrafında onu saymayan məmur və nazirləri toplayıb onlara moizə edir. Özü də monitor vasitəsiylə. Bu, Avropa Şurasını bəyənməyən Əliyevin rüsvay olduğu məqamlardan biridir. Görün indi Avropa Şurasını nəzərə alsa nə edəcəkdi?


2753 بازدید
در حال ارسال اطلاعات...