Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2020

Xalqa yalan danışmaq və GÖZƏGİRƏNLİK etmək üçün Zahid Oruc olmaq lazımdır

Deyirəm insan nə qədər Zahid Oruc olmalıdır ki, durub xalqın çətin günündə də ona yalan-palan danışsın. Xalqdan, oxuculardan çox-çox üzür istəyirik ki, Zahid Orucu söyə bilmirik, ədəbimiz buna imkan vermir. Amma kimisə, lap elə Zahid Orucu da söymək istəsəniz, ağzınızı – türklər demişkən “pomayın”, söyüş əvəzinə ona təkcə Zahid Oruc demək kifayətdir. “Adam Zahid Oruc olmaz”, “Zahid Orucluq eləmə də” və bu kimi sözlər demək kafidir.

Deməli, ölkədə 190 manat beş-altı baş ailəyə vəd veriblər, onu da hələ ki, üç həftədir gecikdirirlər. Xalq bu hakimiyyəti adam bildi, dedi ki, bu cür acınacaqlı vəziyyətdə heç olmasa bunlar adam olarlar, xalqa baxarlar. Amma bu hakimiyyət adam olmaq istəmir ki, istəmir. Zahid Oruc kimi Zahid Oruclar isə durub xalqın çətin vəziyyətində öz GÖZƏGİRƏNLİKLƏRİNƏ davam edirlər.

Yalandan danışıb deyir ki, İlham Əliyevin sayəsində ölkədə koronavirusa yoluxanların sayı azdır. Deməli, işə baxın, o boyda İslamın mərkəzi sayılan İranda, daha dəqiq Qum şəhərində hamı oturub-durub Allahdan danışır, amma Allahın nə hikmətidirsə orda xəstəlik geniş yayılıb, amma allahsızların sirkdə, zooparkda, dövlət postlarında təmsil olunduğu bir dövlətdə, ağızlarından “Allah”, “inşallah” kəlmələri çıxmayan zahidorucların nəfəsləriylə havanı murdarladıqları ölkədə virus az yayılıb. Əvvəla, təki heç Azərbaycana virus gəlməsin, heç kim gəlməsini istəmir. Amma danışanda reallıqdan danışın. Düzdür, siz çoxdanın GÖZƏGİRƏNİSİNİZ, işiniz-peşəniz ancaq GÖZƏGİRƏNLİKDİR, GÖZƏ GİRDİKCƏ “ucalır”, “ucaldıqca” GÖZƏ GİRİRSİNİZ. Amma siz daha yaxşı bilərsiniz ki, GÖZƏ GİRMƏYİN də həddi-hüdudu var.

Əvvəla, atalar demişkən, Allah dağına baxıb qar verir. Azərbaycan xalqına daha çox rəhm edib, eyniylə Harun ər-Rəşidin misalı kimi. Zatən xalq virusdan əvvəl daha böyük bir virusla – sizin kimi hakimiyyətlə dava-qırğın içində idi. İndi deyirsən bu tərəfdən də Allah virus gətirsin ölkəyə? İkincisi, qurban olduğun və olduğum Allah gözəl bilir ki, Azərbaycandakı səhiyyə ilə nəinki virusun, adi göz xəstəliyinin qabağını belə almaq olmaz. Ona görə də Allah bizə daha çox rəhm edib. Allah vurmuşdu səni ki, yox, virusun qabağını İlham Əliyev alıb. İlham Əliyevin sayəsində burnundan qan gələn vətəndaş belə qaçır İrana, Türkiyəyə ki, bir müalicə olunsun. Üçüncüsü, sənin nəzərdə tutduğun ölkələrə (İran kimi) virus Azərbaycandan qabaq yayılıb.

Sən Allahın işinə burnunu soxmaqdansa ondan danış ki, xalqı evlərində oturtmusunuz, çıxıb mitinq, eiraz etməsindən qorxursunuz. Üstəlik söz verdiyiniz 190 manat da başınıza dəysin. Hələ də onu verib qurtara bilməmisiniz.


860 بازدید
در حال ارسال اطلاعات...