Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Mart 2020

Əl-Muraqibat kitabından bir yarpaq-Şəban ayı

Şəbanul-müəzzəm ayının fəziləti

Kamil arif Mirzə Cavad Ağa Məliki Təbrizi nəfsin tərbiyə və safaşmasını öyrədən dəyərli “Əl-Muraqibat” kitabının Şəban ayı ilə bağlı fəslinin əvvəlində yazır: 

Şəban ayı çox şərəfli və Allah yolunun yolçuları üçün dəyərli bir aydır. Fəzilətli Qədr gecələrinin biri Şəban ayındadır. Bu ayda bir nəfər dünyaya gəlmişdir ki, Mütəal Allah həzrət Adəm (ə) yerə enən vaxtdan bütün peyğəmbərlərə, övliyalara və özünün seçilmiş məzlumlarına onun vasitəsilə kömək və qələbə vədəsi vermişdir: “Zülmlə dolmuş yer üzünü ədalətə dolduracaq.”

Şəban ayının şəni və fəziləti barədə onun Allah Peyğəmərinin (s) ayı olması kifayətdir. Allahın Rəsulu (s) buyurmuşdur: 

«شَعبَانُ شَهري رَحِمَ الله مَن اَعَانَنِي عَلَى شَهرِی.»

“Şəban mənim ayımdır, Allahın rəhməti olsun bu ayda mənə kömək edənlərə.”

Hər kəs bu böyük dəvətin dəyər və şənini başa düşsə, dəvət olunmuşların sırasında yer tutmağa və bu dəvətin ona şamil olmasına səy edər. Rəsulullahın (s) qardaşı və canişini İmam Əli (ə) buyurub:

«مَا فَاتَنِي صَوْمُ شَعْبَانَ، مُنْذُ سَمِعْتُ مُنَادِيَ رَسُولِ اَللَّهِ صَلَّى اَللَّهُ عَلَيْهِ وَ آلِهِ يُنَادِي فِي شَعْبَانَ، وَ لَنْ يَفُوتَنِي فِي أَيَّامِ حَيَاتِي صَوْمُ شَعْبَانَ إِنْ شَاءَ اَللَّهُ.»

“Şəban ayında Peyğəmbərin (s) carçısının car çəkdiyi vaxtdan bəri, Şəban ayının orucunu tərk etməmişəm və bundan sonra da əldən verməyəcəm. Nə qədər ki, sağam Şəban ayını oruc tutacam, inşallah.”

Bunlar Şəban ayının orucunun fəziləti barədə idi. Bu ayda Peyəğəmbərə (s) kömək etmək namaz qılmaq, sədəqə vermək, Allahla münacat etmək və bütün digər xeyir yollarına şamil olur.


4859 بازدید
در حال ارسال اطلاعات...