Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Mart 2020

Prezidentlə birgə arzularına çatanlar və uzadılan mikrofonu “aftafa” kimi görənlər

Bir vaxtlar müxalifətçilərin və bir dəstə insanın hətta 2-3 min nəfərdən ibarət az bir kütlənin Məhsul stadionunda və s. yerlərdə etiraz etmələrini gözü götürməyən GÖZƏGİRƏNLƏR xalqı məsxərə edib deyirdilər ki, bunlar azdır, min nəfərdir, heç nə edə bilməzlər. Daha sonra bu TROLLARIN və GÖZƏGİRƏNLƏRİN ağzını xalq kütlələrinin meydana çıxması yumdu. Gördülər ki, Bakıda, şəhərin ortasında etiraz edənlər azmış kimi regionlardan da etiraz edənlər meydana çıxıb. Gah yolu bağlayırlar, gah PA-nın, Baş Prokurorluğun, MSK-nın (Məzahirin Seçki Komissiyası) qarşısında etiraz edənlər artıq az deyil və heç siyasi müxalifət də deyil.

Qüdrət Həsənquliyev, onun müavini, müsavat, axar və s. TROLLAR və GÖZƏGİRƏNLƏR də hər dəfə dolayı yolla prezidentə çatdırırdılar ki, bir iş görsün, bir bəhanə çıxarsın ki, etirazçılar etiraza qalxmasın. Bunlar bəhanə edib deyirdi ki, küçədə yol hərəkəti pozulur, nəqliyyatın hərəkəti məhdudlaşdırılır, hətta Elman kimi sirk üzvləri və baş GÖZƏGİRƏNLƏR mənasını anlamadan deyirdilər ki, “istirahət hüququ” pozulur.

Bu dəfə isə TROLLARIN və GÖZƏGİRƏNLƏRİN əlinə İlham Əliyev kimi fürsət düşdü. İstədikləri elə bilirlər ki, müvəqqəti də olsa baş tutacaq. Belə ki, bütün dünyanı bürüyən Covid – 19, başqa adıyla Koronavirus Azərbaycanda da təsbit edilib. Prezident isə güya xalqı təbrik edərkən əslində deyib ki, “duxunuz çatırsa” biriniz çıxıb etiraz edin. Buna görə də hətta fövqəladə vəziyyət elan etmək istəyirlər.
Təbii ki, ələ “yaxşı” fürsət düşüb, bəhanələri vardır.

Adama maraqlı gələn Qabil Hüseynli kimi mikrofonu haftafa görən siyasətdən xəbərsiz siyasi ətlərin dedikləridir. Deməli, bu işi bir yandan hökümətin, İlham Əliyevin uğuru hesab edirlər, digər yandan da deyirlər ki, gərək heç kim bayıra çıxmasın, hökümətə bu işdə köməklik göstərsinlər. Həqiqətdə isə İlham Əliyevin borcu elə budur. Xalqa ləyaqətlə xidmət edəcəyinə dair and içib. Yox gəl etməsin də. Bəs necə olmalı idi, Qabil kimi haftafa tutanlar elə düşünürdü ki, xaricdən gəlib bizim hökümətin yerinə iş görəcəklər?

Görün bu hökümət, başda İlham Əliyev o qədər xalqı əzib, malını talayıb, oğurlayıb, səhiyyə, təhsildən tutmuş bütün sahələrin “atasını yandırıb”, “anasını ağlar” qoyub ki, bir dənə xalqa xeyir verib (?!) virusla mübarizə aparanda bunu təəccüblə və uğur kimi qəbul edirlər. Əslində isə İlham Əliyev və onun yaramaz, alçaq, vicdansızlardan ibarət komandası öz biznes və hakimiyyətinin qorxusundan bu işə al atır.


856 بازدید
در حال ارسال اطلاعات...