Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2020

İlham Əliyevin çıxışına qulaq asan insanlar arasında Bəhlul Danəndələr olmasa

Korona virusu dünyanın bir neçə ölkəsində, o cümlədən Avropa ölkələrində, Amerikada, Çində yayılsa da İlham Əliyev o qədər də narahat deyil. Əlbəttə onun narahat olmaması onun imanıyla bağlı deyil. Çünki heç bir çıxışlarında, dar məqama düşəndə Əliyev Allahın adını çəkmir. Heç koronavirus barədə danışanda da “Allah istəməsə heç nə olmaz” məzmunlu bir cümlə belə dilinə gətirməyib. Çünki bu cür insanların məbudu, ilahı, dini, dünyası və axirəti ancaq pul toplamaq, var-dövlət içində yaşamaqdan ibarətdir. Bu var-dövlətin əlindən çıxmaması üçün də özünə psixi yüngülləşdirmə prosesinə başlayıb.

O, Goranboy rayon mərkəzi xəstəxanasında çıxış edib deyir ki, İrandan gələnlər karantində qalmalıdır ki, virus ölkəyə yayılmasın. Karantində qalanlar isə videolar çəkib paylaşıb göstəriblər ki, İlham Əliyevin rəhbərlik etdiyi ölkənin xəstəxanalarında sağlam insan şəraitsizlikdən qırılıb gedər. Hər ölkədə insanlar Allaha təvəkkül edib yaşayırlar, xüsusilə də Azərbaycanda daha çox. Çünki Azərbaycan elə bir ölkədir ki, xəstəxanın həkimi özü deyir ki, bizə spirt və s. vəsait verməyiblər. Bir xəstəxanaların ayaqyolusunun ayaqqabısı ilə yataq otağının ayaqqabısı eynidirsə, ayaqyolunda su, sabun yoxdursa, səhər yeməyinə bir yumurta bir parça çörək verilirsə, maska filan yoxdursa bu xəstəxanalarda hansı təmizlikdən və sağlamlıqdan danışmaq olar. Bu da azmış kimi xəstəxanaya həkimlər və dava-dərman, yaxşı şərait gətirmək əvəzinə polis dəstələri gətirilir.

İlham Əliyev isə deyib ki, Azərbaycanda bu xəstəliyin yayılmayacağı yüksək ehtimaldır. Hər şey Allahın əlindədir, Allahın lütfü və inayəti olmasa xəstəliksiz sağlam insan belə məhv olub gedər. Əks halda, Allah iradə etməsə koronavirusa yoluxan insan belə sağalıb evinə gedəcəkdir.

İlham Əliyevin isə bəzən gülməli, bəzən ağlamalı çıxışlarına qulaq asıb əl çalan insanlar arasında Bəhlul Danəndələr olmasa o hər zaman köhnə nağıllarla xalqı yuxuya vermək fikrindədir.
Bəhlul Danəndə İlham Əliyev kimi zalım bir rejim başçısı olan Harun ər-Rəşid lənətullaha qulaq asırdı. Harun isə deyirdi ki, bütün ərazilərdə xəstəliklər yayılıb, amma bizim ərazilərdə bu xəstəlik yoxdur. Siz buna görə mənə minnətdar olmalısınız. Bəhlul da gözünə döndüyüm, eləməyib təmbəllik, deyib ki, ey Harun sənin kimi bir bəla bizim ölkəmizdə varkən ikinci bəlanı Allah niyə göndərsin ki?

İndi Bəhlulun sözünə qüvvət, ölkədə Əliyevlər kimi bir koronavirus varkən ikinci virus zatən ölkəyə niyə gəlsin ki?


2537 بازدید
در حال ارسال اطلاعات...