Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Fevral 2020

Bəndəliyə aid göstərişlərin sirri

Hər şeyin öz yerində, bir-birinə bağlı və dəqiq olduğu bu nizam aləmində insanın əməllərində elə sirlər vardır ki, Allah və onun seçilmişlərindən başqa heç kim o sirləri bilmir. Hətta, belə bir məşhur təbir vardır:

«ما من واقعةٍ إلاّ ولها حكم»

“İnsanın həyatı ilə bağlı baş verən bütün hadisələrin şəri hökmü vardır.” 

Bu cümlə insan həyatının bütün sahələrində hər zaman və hər məkanda Mütəal Allahın rübubiyyətinin genişliyini göstərir. Qurani-kərim “Ənam” surəsində Allahın elminin əhatəsindən söz açaraq buyurur:

«وَعِنْدَهُ مَفَاتِحُ الْغَيْبِ لَا يَعْلَمُهَا إِلَّا هُوَ وَيَعْلَمُ مَا فِي الْبَرِّ وَالْبَحْرِ وَمَا تَسْقُطُ مِنْ وَرَقَةٍ إِلَّا يَعْلَمُهَا وَلَا حَبَّةٍ فِي ظُلُمَاتِ الْأَرْضِ وَلَا رَطْبٍ وَلَا يَابِسٍ إِلَّا فِي كِتَابٍ مُبِينٍ.»

“Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!” 

“Yunis” surəsində də Allahın bütün şeylərə elmindən danışaraq buyurur: 

«وَمَا يَعْزُبُ عَنْ رَبِّكَ مِنْ مِثْقَالِ ذَرَّةٍ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاءِ وَلَا أَصْغَرَ مِنْ ذَلِكَ وَلَا أَكْبَرَ إِلَّا فِي كِتَابٍ مُبِينٍ.»

“Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!” 

Qeyd olunan ayələr və Qurani-kərimin bir sıra digər ayələri Mütəal Allahın aləmdə mütləq elm və qüdrətindən söz açır. Quran ayələrindən əlavə, bir çox rəvayətlər də həmin həqiqətə toxunaraq aləmin sirr mənbəyi olduğunu, Allah tərəfindən bizim üçün gəlmiş bütün bəndəlik göstərişlərinin batin və sirrinin olduğunu, bu batin və sirdən varlıq aləminin Rəbbi olan Xaliq və Onun dərgahının seçilmişlərindən başqa heç kəsin xəbəri olmadığını çatdırır.

Bu rəvayətlərdən bəzilərinə işarə edirik.

Rəsuli-əkrəm (s) ruzinin çoxalması barədə buyurur:

«اِسْتَنْزِلُوا اَلرِّزْقَ بِالصَّدَقَةِ وَ اَلْبُكُورُ مُبَارَكٌ يَزِيدُ فِي جَمِيعِ اَلنِّعَمِ خُصُوصاً فِي اَلرِّزْقِ وَ حُسْنُ اَلْخَطِّ مِنْ مَفَاتِيحِ اَلرِّزْقِ وَ طِيبُ اَلْكَلاَمِ يَزِيدُ فِي اَلرِّزْقِ.»

“Sədəqə verməklə ruzini endirin. Sübh tezdən durmağın bərəkəti vardır və bütün nemətləri, xüsusilə də ruzini artırar. Gözəl xətt ruzi açarlarındandır və gözəl danışıq ruzini artırar.”

Həzrət yenə buyurur: 

«اَلصَّدَقَةُ تَدْفَعُ مِيتَةَ اَلسَّوْءِ.»

“Sədəqə pis ölümü dəf edir.”

İmam Rza (ə) buyurur:

«أَنَّ اَلصَّدَقَةَ تَرْجِعُ اَلْبَلاَءَ مِنَ اَلسَّمَاءِ تَدْفَعُ الْقَضَاءَ الْمُبْرَمَ عَنْ صاحِبِهِ.»

“Sədəqə bəlanı səmadan qaytarır və mütləq ölümü sahibindən dəf edir.” 

Bir nəfər Rəsuli-əkrəmin (s) yanına gəlib dedi: “Mən imkanlı idim, yoxsul oldum; sağlam idim, xəstə oldum; camaatın yanında sevimli idim, onların qəzəbinə düçar oldum və hörmətimi itirdim; şad idim, narahatlıqlar məni araya alıb və yer bu genişliyi ilə mənə dar olub; gün uzunu ruzi ardınca gəzirəm, lakin heç nə tapmıram, sanki adım ruzu dəftərindən silinib.”

Həzrət ona buyurdu: 

«يا هذا لَعَلَّكَ تَسْتَعْمِلُ مِيراثَ الْهُموُمِ. قالَ وَ ما مِيراثَ الْهُموُمِ؟ قالَ لَعَلَّكَ تَتْعَمَّمُ مِنْ قُعوُدٍ اَوْ تَتَسَرْوَلُ مِنْ قِيامٍ اَوْ تَقْلِمُ اَظْفارَكَ بِسِنِّكَ اَوْ تَمْسَحُ وَجْهَكَ بِذَيْلِكَ اَوْ تَبوُلُ فی ماءٍ راكِدٍ اَوْ تَنامُ مُنْبطِحاً عَلى وَجْهِكَ.»

“Ey kişi, bəlkə sən qəm-qüssəyə səbəb olacaq bir iş edirsən.”

Dedi: - Onlar hansılardır?
Həzrət buyurdu: “Ola bilsin, oturduğun halda əmmamə bağlayırsan, ya ayaq üstə şalvar geyinirsən, ya öz dırnağını dişinlə tutursan, ya üzünü libasınla təmizləyirsən, ya dayanmış suya idrar edirsən, ya üzün üstə yatırsan.” 

Rəvayətdə gəlmişdir ki, bir nəfər İmam Əlinin (ə) yanına gəlib dolanışığının çətin keçməsindən şikayətləndi. Həzrət buyurdu:

«لَعَلّكَ تَكتُبُ بِقَلَمٍ مَعقودٍ؟ فَقالَ: لا، قالَ: لَعَلَّكَ تَمَشَّطَ بِمَشطٍ مَكسُورٍ؟ فَقالَ: لا، قالَ: لَعَّلَكَ تَمشي اِمامَ مَن هُوَ أَكبَرُ مِنكَ سِنًّا؟ فَقالَ: لا، قالَ: لَعَلَّكَ تَنامُ بَعدَ الفَجرِ؟ فَقالَ: لا، قالَ: لَعَلَّكَ تَترُكَ الدُعاءَ لِلوالِدَينِ؟ قالَ: نَعَم يا أَميرَ المُؤمِنينَ، قالَ عَلَيهِ السَلامُ: فَاذكُرهُما، فَإِنّي سَمِعتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيهِ وَآلِهِ وَسَلَّمَ يَقُولُ: تَركَ الدُّعاءِ لِلوالِدينِ يَقطَعُ الرِزقَ.»

- Bəlkə, küt qələmlə yazırsan?
- Xeyir.
- Bəlkə, başının tükünü sınıq daraqla darayırsan?
- Xeyir.
- Bəlkə, yaşı səndən çox olan adamdan qabağa keçirsən?
- Xeyir.
- Bəlkə, səhər açılandan sonra yatırsan?
- Xeyir.
- Bəlkə, ata-anan üçün dua etmirsən?
- Bəli, ya Əmirəlmöminin (ə).

İmam (ə) buyurdu: - Onlar üçün dua et. Mən Allahın rəsulundan (s) eşitdim ki, buyurdu: “Ata-anaya dua etməyi tərk etmək, insanın ruzisini kəsir.”
İnsanın cüzi əqli sınıq bir darağın, ya küt bir qələmin yaradılış tənliklərinin formulunda rolunun olmasını necə dərk edə bilər? Əqlin fövqündə olan baxışla baxmaq lazımdır. Bu sirləri yalnız ilahi sirlərin sahibləri bilir.
Bu nurani rəvayətləri nəql etməkdə məqsəd budur ki, aləmin batinin olduğunu və hətta aləmin xoruzlarının banlamasının qeyb aləmi ilə əlaqəli olduğunu bilək. Bütün aləm bütün əməllərilə qeyb aləm ilə əlaqəlidir və mələkut aləmi mülk aləminə hökmrandır.
Bu dünyada nələr ki, oldu hasil,
O dünya şəmsinin bir əksidir, bil.
İnsan həyatında hər gün əbədi həyatla bağlı olan onlarla növ əməl və sualla qarşılaşır. Bu suallara cavablar insanın ehtiyaclarından sayılır. İnsan şəriətə əhəmiyyət verməsə və onun həyatında şəriət yer tutmasa, bu suallara cavab verməkdə heyran və aciz qalar, sonda həyatını qura bilməz və özünü ziyandan xilas edə bilməz.

Ustad Əli Füruği, “Furuği-mehr” kitabı, səh. 98-102.


5057 بازدید
در حال ارسال اطلاعات...