Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Fevral 2020

Nizami Gəncəviylə, Roma Papasıyla görüşsə də heç birindən ibrət almayıb

İbrət almaq hər kişinin işi deyil,
İbrət görüb götürməyən kişi deyil.


Xalq

“Bəxt üzüyü” filmində Hüseyn adlı alkaqolik (kinoda belə deyirlər) hər dəfə şeir deyəndə şairlik eşqinə düşmüş amma kartoşka satan təəssürü bağışlayan (yenə kinoda ona belə deyirlər) Moşu hər dəfə şeirin müəllifinin adını deyəndə səhv deyir.

Biz də yuxarıda yazdığımız iki cümlə şeirin Nizami Gəncəviyə, yoxsa Roma Papasına aid olduğunu əziz oxucunun öhdəsinə qoyduq.
Dahi şairimiz Nizami Gəncəvinin Azərbaycanda hörməti olmasa da (çünki dövr Nizami dövrü deyil) İtaliyada, daha dəqiq Roma şəhərində onun hörməti böyükdür. Unutmayıb ona Romada heykəl qoyublar.
İlham Əliyev də ölkəsində etirazlar, hər gün aksiyalar baş tutsa da kefindən qalmır. İndi də durub Romaya gedib. Bəli, diktatorların köhnə xasiyyətlərindəndir ki, birdən olmadı elə, oldu belə, çevriliş zad baş versə adını belə qoysunlar ki, Əliyev ölkəni baş nazirə tapşırıb istirahətə gedib. Nə vaxtsa qayıdacaq. Eyniylə Rza şah Pəhləvi kimi.

İlham Əliyev Romada Nizami Gəncəvini ziyarət edib. Nizami Gəncəvinin heykəlini elə düzəldiblər ki, heç İlham Əliyevi vecinə də almır. Heykəl özünü oturacağa yıxıb, əlini uzadıb, ayağını da ayağının üstünə aşırıb. Romalılar nə bilsin ki, Azərbaycanda hal-hazırda yazıçı Anar da başda olmaqla zəmanələrinin nizamilərini (?!) büküb pis günə qoyublar. Onları bir qara qəpiyə möhtac qoyulur, sındırılır, saraya qul edirlir, sonra bir az pul filan verib gözdən pərdə asırlar. Amma dahi şairimiz Nizami Gəncəvi Əliyevlər kimi əlli diktator ailəsini və hakimiyyətini diri-diri udan şairlərdən olub. O boyda Nuşirəvanı iki bayquşla hidayət edib. Nuşirəvan o vaxtdan adam balası kimi ədalətli bir hökmdara çevrilib.

İlham Əliyev isə Romada Nizami Gəncəvini ziyarət etsə də Azərbaycanda onun ideallarını yaşatmır. Nizami Allah adamı idi, İlham Əliyevin idarə etdiyi zalım rejimdə Allahdan başqa nə desən var.
Nizami Gəncəvi indi Azərbaycanda yaşasaydı onu Anarın gününə sala bilməyib həbs edəcəkdilər.
Əliyev bundan başqa Roma Papasıyla da görüşüb. Öz din xadimlərini, ruhanilərini “Sibirə” yollayır, özü gedib Papayla görüşür. O, Papadan da ibrət almır.

İndiki Papanın sələflərindən olan 2-ci Jan Paul İlham Əliyevin də bildiyi kimi Türkiyə vətəndaşı Mehmet Ali Ağca tərəfindən sui-qəsdə məruz qalmışdı. Qarın nahiyəsindən və əlindən yaralanmış Papa xəstəxanaya, onu vuran Mehmet Ali Ağca da həbsxanaya getmişdi. Azərbaycanda da yenicə həbs olunmuş icra başçısının, bundan qabaq başından güllələnən alçaq Gəncə başçısının da aqibətindən hakimiyyət ibrət almalıdır.

Papa isə onu güllələyən Mehmet Ali Ağcanı İtaliya həbsxanasında ziyarət edir, vurulduqdan dörd gün sonra onu bağışladığını elan edir. Ömürlük həbs cəzasına məhkum olunmuş Ağca isə Türkiyəyə deportasiya edilir. Papanın şəxsinə olan bu hücumun qarşısında əfv etməsi də ibrətlik bir hadisədir. Kaş ki, İlham Əliyev də Papadan ibrət alardı. O atasının heykəlini yazan heykəl məhbuslarına işgəncə etdirir, həbsxanalarda çürüdür.

İlham Əliyev tezliklə bu hadisələrdən ibrət almalı, vicdansızcasına həbs etdirdiyi bütün haqq əhlini azadlığa buraxmalıdır.


969 بازدید
در حال ارسال اطلاعات...