Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2020

Əli Əhmədovun İlham Əliyevi tərifləməsi yadımıza Qüdrət Həsənquliyev və Etibar Hüseynovu saldı

İlham Əliyevin Almaniyaya gedib məlun erməni Paşinyanla “razborka” çürütməsini çürümüş hakimiyyətin müxalifətlə “razborkaya” girən ermənidən betər Əli Əhmədovu mədh edib qurtara bilmir. Mədhlərinin yeri də var. Çünki zarafat deyil, Ramiz Mehdiyevin, Əli Həsənovun və başqa “akulaların” istefaya (?!) göndərildiyi zamanda Əli Əhmədov hələ də yerindədir. İqtidarın “xoruz babası” Əhmədov, Kotlet Siyavuşu indi nə qədər TROLLUQ VƏ GÖZƏGİRƏNLİK eləsələr azdır. Məsələn, Kotlet Siyavuş deyəsən deyib ki, hər zaman xeyir işlərimdə Heydər Əliyevin qəbrinə gedib onun xeyir-duasını alıram. Təsəvvür edirsinizmi, Siyavuş və xeyir.

İlham Əliyev Almaniyada nə danışıbsa mənim kimi çoxlarının yəqin ki, vecinə deyil. Heç baxmamışıq da. Onun Paşinyana dedikləri sadə həqiqətlərdir, o sözləri Bəxtiyar Hacıyev də gedib deyib. Əhmədov isə Əliyevi elə öyür ki, sanki Paşinyanın qabağında Əliyev gedib boynunu büküb dayanası idi. Əlbəttə ki, Paşinyanın dili qısadır. Əliyevin isə əli qısadır. Zatən xalq Əliyevdən qorxmayıb Qarabağı almağı, müharibə elan etməyi tələb edir. Əliyev nə edir? Atasının ənənəsini davam etdirərək, həftə səkkiz, mən doqquz gedir Paşinyanla görüşür, gülüşür, göz əvəzinə diş ağardır, barmaq silkələmək əvəzinə əl verib sıxışır.

Əhmədovun Əliyevə olan “TROLLnaməsi”ndə bir cümlə var; Ölkəmizin və xalqımızın taleyi qüdrətli və etibarlı əllərdədir. Əhmədovun bu cümləsi yadımıza Etibar Hüseynovla Qüdrət Həsənquliyevi salır. İlham Əliyev hakimiyyətinin yetişdirdiyi iki yaltaq, sirkdə təyinatla oturan TROLL. Budur, Əliyevlər hakimiyyətdə qaldıqca jurnalistdən, “müxalifətçi”dən TROLL düzəldir. “Xalqın və ölkənin” deməklə Əhmədov səhvə yol verib. Gərək deyəydi ki, Azərbaycan hakimiyyəti Qüdrət Həsənquliyev, Etibar Hüseynov kimi TROLLARIN trolluğunun ümidinə qalıb. İsa Qəmbər deputat seçkilərində bir dəfə üzünü bu komandaya tutub demişdi ki, görün nə gündəsiniz, Etibar Hüseynov kimilərin ümidinə qalmısınız.

Hə, əgər ölkə və xalqın Əliyev haqda düşüncəsini bilmək istəyirsinizsə buyurun “You Tube” kanalında Əliyev barədə düzəldilən videolara baxın. Hətta Aztv telekanalizasiyasında belə Əliyev nağılları uydurulanda altdakı şərhlərdə bu xəbis hakimiyyətə təhqir edirlər. Bu xəbis hakimiyyətin vətəndən didərgin saldığı avropalı mühacirlər Əliyev Avropa ölkələrinə gedəndə qaldığı otelin qarşısına toplanıb onu rüsvay edirlər. Ölkədə hamı Əliyevlər hakimiyyətindən qurtulmağın yollarını öyrənir. Əhmədova isə boş-boş çərənləmək qalır.


928 بازدید
در حال ارسال اطلاعات...