
Əliyevlər saxta seçkilərlə seçildiyi andan bu günə qədər bütün seçkilər saxtalaşdırılır. Sonuncu seçki olan sirk və zoopark seçkiləri də saxtakarlıqla keçdi. İlham Əliyev zahirdə bir-iki qartımış sirk üzvünün və TROLUN namizədliyini ləğv etməklə elə bildi ki, xalqı razı salacaq. Amma olmadı. Onun dəyişiklik, islahat adlı nağılları keçmədi. Sirki də buraxdı, amma bir fayda olmadı.
Artıq ölkənin müxtəlif yerlərində mitinqlərin, aksiyaların hər biri Əliyevin qırışmış sifətinə sillə kimi dəyib qızardır. Ermənilərə güc göstərə bilməyən bu hakimiyyət, daha dəqiq İlham Əliyev 200 nəfər etirazçı önünə az qala 2000 nəfər buğa polis çıxardır.
Bu xalqın müəllimələrini İlham Əliyev çox alçaltdı. Onları 250-300 manat maaşa qurban verdi. Onlar hədələnir, avtoritar rejimdə lənətə gəlmiş, pol əsgisi olan bir hakimiyyətin xeyrinə saxtakarlıq etmədikləri təqdirdə işdən qovulmaqla hədələnirlər. Onlar da hakimiyyətə tüpürüb vicdansızlığa qol qoyurlar.
Sonuncu seçkilərdə güya şəffaflıq var deyə bircə sədrindən ibarət partiyaların adlarını kartlara yazıb yazıq müəllimələrə paylayıblar. Adamlar deyir YAP-ın müşahidəçiləriyik amma nə YAP sədrinin adını bilirlər, nə də kartlarında başqa partiyaların adlarının yazıldıqlarından xəbərdardırlar.
Bütün günü xalq bu cür vicdansız müəllimələri söydükcə onlar da təbii ki, bütün söyüşləri İlham Əliyevə ünvanlayırlar.
Seçki saxtakarlığını Avropa etiraf etdi. İlham utanıb-qızarıb özünü haqlı çıxartmaq üçün dedi ki, seçki saxta olsaydı camaat etiraz edərdi. O, bu səfər acığından öldürdü. Belə olmasaydı Türkiyədən gələnlərin yanında ya atasının nağıllarından danışmalı idi, ya da 92-ci ilin dərəbəyliklərindən.
Camaatın 16 Fevral aksiyasını da bir qoşun buğa, dana, camış poqonluları hadisə yerinə tökməklə ört-basdır etmək istədi. Orada da polisə camaat dişinin dibindən gələni dedi. Hələ sosial şəbəkələrdə ağır söyüşlərlə söydülər. Onlar da bütün söyüşləri mümkündür ki, İlham Əliyevə yönəldirlər. Çünki adətən bu işlərin başında kim durursa tənqidlər, təhqirlər, söyüşlər zatən ona istiqəmləndirilir.
İlham Əliyev isə hər dəfə xalqın onun təsadüf prezident olduğuna etiqad etməsini, onun müstəqil prezident deyil, Rusiyanın köləsi, Azərbaycanın da Rusiyanın bir mahalı gününə salmasına etiqad etməsi yandırıb yaxır. Çünki dünyada, nə də ölkədə xalq tərəfindən Əliyevlər heç zaman düzgün insan, qanuni prezident kimi qəbul edilməyib. Sadəcə hələlik dubinka bunların əlində olduğu üçün Qarabağı ala bilməmək, qorxaqlıq kompleksi bunlarda “gücü əliyalın xalqa göstərək” fikri yaradır.