
İlham Əliyev Türkiyədən gələn qonaqlarının yanında bu dəfə atasını tərifləməsə də, həmçinin, 92-ci ilin Azərbaycan hakimiyyətindən danışmasa da çox gülməli çıxış edib. Özü gülməli çıxış edib, özü gülüb.
İşə baxın ki, özünü buraxan və Əliyev tərəfindən buraxılan sirk və zoopark yenə öz adını qoruyub saxladı. Belə görünür ki, diktator ailəsi rədd olmasa, xalq tərəfindən tarixin zibilliklərinə gömülməsə deputatxana öz ləyaqətli adına – Milli Məclis adına layiq görülməyəcək. Yenə hadılar, bıdılar təyin edildi, göygözkosalar Zalım Simnar xanın tərtib etdiyi siyahiylə təyin edildilər. (Əlbəttə Hadı və Bıdı kinoda min dəfə Hadı Rəcəbli və onun simasında olanlardan ləyaqətli insanlardır)
Fərəc Quliyevin rüşvət səs yazısı, Hadı Rəcəblinin öz rəqibini təqribən hədəyə yaxın bir sözlərlə hədələməsi ictimaiyyətdə duyuldu. Fərəci tullasalar da Hadı hələ də İlham Əlyevə lazım olduğu üçün o seçilib. Bir də sirki yeni TROLLARLA, GÖZƏGİRƏNLƏRLƏ “bəzəməyə” çalışıblar. Arifoğlular buna nümunədir.
Qayıdaq “İlham gülür, güldürür” şousuna. Deməli, o türkiyəlilə qonaqlarına deyir ki, Azərbaycanda seçki demokratik keçib. Sonra deyir ki, avropalıların bizi gözü götürmür. Onlar bizi tənqidə tutduqları mətni çoxdan hazırlayıblar. Çox gülməlidir. O sözü ki, İlham Əliyev haqqında deyirlər, o da həmin sözü Avropa şurası haqda deyir. Yəni əvvəlcədən hazırlamaq məsələsi.
Bəli, Avropa şurası dedi ki, Azərbaycanda seçki saxtakarlıqla keçirilib. Xalq da bunu gördü. Saxtakarlıq, karusel əməliyyatları, bir nəfərin bir neçə yerdə səs verməsi, topa halında bulletenlərin atılması, seçkiyə ümidi olmayanların əvəzinə səs vermək, ölülərin yeri təyin olunmuşlara səs vermək və başqa şərəfsizliklər bu dəfə də oldu.
İlham Əliyev isə deyir ki, etiraz edən varsa çıxıb etiraz etsin. Əlbəttə etiraz edən var. Məsələn REAL partiyasının rəhbəri İlqa Məmmədov xalqı 16 fevralda mitinqə çağırdı. Ümid partiyasının başqanı İqbal Ağazadə baş prokurora qədər şikayət edib. İnsanlar öz etirazlarını edərkən mitinqləri dağıdıldı. Bunun da üstünə BŞİH-nin mitinqə “yox” deməsi Əliyevin dünyadan xəbərdar olmaması cəhənnəmə, ölkədən də xəbərdar olmaması bir yana, öz adamlarından da xəbərsiz olduğunu göstərir.
Onu da deyək ki, diktator gözəl bilir ki, etiraz üçün meydanlara çıxan xalqın başına dubinka vurub oturdurlar yerinə. Buna görə Əliyev “xoruzlanır”, guya ağlınca “racon” kəsməyə çalışır. Amma olsun, vaxt gələcək xalq Əliyevlərin nəfəsini kəsəcək.