Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Yanvar 2020

Deputatxanamızın KVN və Çin şirkəti təcrübəsi

Deputat seçkilərinə ölkədə bəziləri tərəfindən yaman hazırlıq gedir. Sonuncu deputatlar buraxılmamışdan əvvəl bir qələt edib prezidentin “islahatlarıyla” ayaqlaşa bilmədikləri üçün buraxıldılar. Amma daha dəqiq desək onlar prezidentin “islahatlarıyla” ayaqlaşa bilmədikləri üçün buraxılmadılar, özlərini çoxdan buraxdıqları üçün buraxıldılar. Nə isə indiki halda bu hər necə olubsa maraqlı deyil. Maraqlı olan bundan sonra nə etməli barədə düşünməkdir.

Məsələn, Çində bir şirkət rəhbəri özünə yaxşı bir üslub tapıb. O, zənn edir ki, işləməyən işçiləri bu üslübla dizə gətirmək olar. Beləliklə də onları dizə gətirib. Bu haqda bir neçə dəqiqə sonra.

Bizim “Parni iz Baku” başqa sözlə desək KVN bir neçə il əvvəl deputatxanayla bağlı bir səhnə hazırlamışdı. Yəqin ki, hamınız tamaşa etmisiniz. Hətta deputatxanaya dəvət olunan “metro Tağıya” “Oktay Əsədov” “bura axı teatr deyil” deyəndə o da demişdi ki, siz hərdən elə şoular çıxarırsınız ki, teatr onun yanında qələt eləyir. Bəli, doğrudur. Özü də “Kukla teatrı” hamıdan çox qələt edir. “Gül” kimi deputatxananın yanında “Kukla teatrı” nə qələt edir? Heç “Kuklalar” tamaşası da deputatxanadakı “kuklaların” əlinə su tökə bilməz. Bundan başqa kotlet iyi verən, Kotlet Siyavuşun oturduğu deputatxananın yanında mətbəx də bir qələt edə bilməz. Gecə yuxusuz qalıb sabah gəlib andıra qalmış kreslolarda xoruldayan zillət vəkillərinin yataqxana hesab etdikləri deputatxananın yanında beş ulduzlu otellər də qələt edir. Bir-birinin yerinə səs verən, işə gəlməyən zillət vəkillərinin oturduğu deputatxananın yanında şagirdləri dərsdən qaçan şanlı məktəblərimiz də boş şeydir.

Nə isə, bu qədər tərif bəsdir, keçək mətləbə. Deməli, bu deputatxana əgər gələcəkdə yaxşı işləmək istəyirsə, gərək bir çarə tapsın. Heç bir çarə tapa bilmədikdə isə ən azından KVN və Çin şirkətinin təcrübələrindən istifadə edə bilərlər. Nə edək, indi texnologiya sahəsində Çinə çata bilməyən ölkələrə yuxuda belə çata bilməyi ağlının bir ucundan keçirmək qüdrətinə belə çata bilməyən ölkələrə heç öz fantaziyamızda da çata bilmiriksə bu, o deməkdir ki, bu cür hallarda da onların təcrübəsini gözardı edək?

KVN-də deputatxanada məsələni müzakirəyə çıxarılmışdı. Qərar qəbul edirdilər ki, məmurların dövləti maşınları əllərindən alınsın. “Oktay Əsədov” da deyirdi ki, şəxsən cana xeyirdir, mən piyada gələcəyəm. “Oktay Əsədov”un bu təklifinə mütləq Çin şirkətinin rəhbərinin etdiyini də əlavə emtək lazımdır. O, işləməyən işçiləri dizə gətirmək üçün onları iməklədib. İndi deputatxanada oturacaq kişilər də əgər gələn dəfə “islahatlarla” ayaqlaşa bilməyib özlərini buraxandan sonra buraxılcaqlarsa bunun qarşısını almaq üçün onlara Çin işgəncəsindən qat-qat rəhmli olan Çin şirkətinin rəhbərinin cəza metodunu tətbiq etmək lazım gələcək.


1091 بازدید
در حال ارسال اطلاعات...