Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Yanvar 2020

Rauf Arifoğlunun seçki şüarı: “Rauf Arifoğlu dəyişəcək!”

Rauf Arifoğlu özünə yaxşı seçki şüarı seçib. “Dəyişiklik” məzmunlu şüarları ancaq xəbis ABŞ hakimiyyətinin işə yaramayan prezidentləri hakimiyyətə gəlmək üçün işlətməməlidir ki? Arifoğlunun da haqqıdır ki, belə bir şüarla meydanlara çıxsın, şəkillərini divarlara yapışdırsın. Elə bu şüarla da çıxıb. Əlbəttə onun seçki şüarıyla tanış olanlar indi bizi yalan danışmaqda ittiham edib deyəcəklər ki, axı onun şüarı “Rauf Arifoğlu dəyişəcək” deyil, “hər şey dəyişəcək”dir. Düzdür. Amma məntiqdən az-çox xəbəri olanlar bilir nə demək istəyirik. Bilməyənlər üçün də yazaq, aydın olsun. Deməli, məntiqli danışıb “Azərbaycan dəyişəcək” deyirəmsə daha sonra “Bakı da Azərbaycanın bir parçasıdır” deyirəmsə, deməli nəticə etibariylə Bakı da dəyişməlidir. Yəni, Azərbaycanın dəyişməsiylə avtomatik olaraq Bakı da dəyişməlidir. Axı, Bakı Azərbaycanın bir parçasıdır. İndi həmin söhbəti gəlib Arifoğlu haqqında uyğunlaşdıraq; “Hər şey dəyişəcək”, bu, onun şüarı. Daha sonra deyirik, Arifoğlu da “hər şey”dən biridir. Deməli nəticədə Arifoğlu da dəyişəcək. Təbii ki, əgər o, özünü bir şey hesab edirsə. Özünü bir şey hesab edirsə deməli o da dəyişəcək. Yox əgər özünü bir şey saymırsa deməli dəyişiklik ondan yan keçəcək. Amma yan keçməməsi üçün özünü bir şey saymalıdır. Bir şey sayan kimi də dəyişəcək.

Əlbəttə, əgər o, mənfi mənada dəyişiklik deyirsə onda belə dəyişiklik heç olmasa yaxşıdır.


3230 بازدید
در حال ارسال اطلاعات...